
ABŞ və İranın bulanıq suda "balıq tutmaq" siyasəti: Tehran və Vaşinqton gərginliyin azalmasında maraqlı deyil
10:04 25.01.2024
Siyasət
538
Əgər İran regionda gərginliyi azaltmaq istəyirsə, öz proksi qruplarına dəstəyi dayandırmalıdır.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İranın xarici işlər nazirinin bəyanatlarına cavab olaraq bildirib.
“Əgər İran hökuməti gərginliyin artmasından narahatdırsa, onların edə biləcəyi ən yaxşı şey HƏMAS və Hizbullaha, o cümlədən İraq və Suriyada dəstəklədikləri milis qruplarına dəstək verməməkdir. Biz daha geniş müharibə görmək istəmirik. Heç kimlə müharibə və ya münaqişə axtarmırıq”, - o vurğulayıb.
Qeyd edək ki, ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “ABC Nyus” telekanalına müsahibəsində bölgədəki müharibənin genişlənmə riskinin kəskin artdığını bildirib.
Con Kirbinin açıqlamalarını "Sherg.az" üçün şərh edən politoloq Tural İrfan bildirib ki, Yaxın Şərqdə baş verən gərginliyin ən ideoloji səbəbkarı ABŞ-dır:
"Çünki Amerika istismarçılıq və hegemonluğu demokratiya, azadlıq adı altında ixrac edərək müsəlman şərqini soymağı hədəf seçib. İsrailin atdığı bir çox aqressiv addımların ideoloqu və ruhlandırıcısı məhz ABŞ - dir. Lakin bu o demək deyil ki, İranın da törətdiyi ziyanlı fəlakətlər və yürütdüyü zərərli siyasətə haq qazandırmaq olar. İran ümumiyyətlə təkcə regionda və Yaxın Şərqdə deyil dünyanın müsəlmanlar yaşayan bir çox yerlərində ABŞ və digər istismarçı güclərə dəstək verici siyasət aparır. Tehran hakimiyyəti Yəməndə Husiləri də Həmas - İsrail savaşına cəlb etməklə ABŞ-nin Yəmənə və xalqına qarşı sərt siyasət aparmasına səbəb olub".

Politoloq İranın İraq, Suriya, Yəmən, Fələstin kimi ölkələrdə varlığının ABŞ-yi təhrik etdiyini söyləyib:
"Bu yaxında Pakistan ilə də münaqişə həddinə çatması İranın yürütdüyü siyasətin nə qədər sərt və düşünülməmiş olduğunu göstərir. Hazırda Fələstində çoxsaylı əhalinin qətlə yetirilməsi də məlum savaşın durmaması səbəbindəndir. İran isə bu savaşın durmasında maraqlı görünmür. İsrail də itkilər verir və ziyan çəkir. Bu da ABŞ dairələrini narahat edir. Ona görə də savaşın durması üçün İranın başını regionda qatmağı düşünürlər. Ola bilsin yaxın zamanda Taliban ilə İranın növbəti çatışması meydana gəlsin. Həmçinin qonşu dövlətlər və müsəlman ölkələri və ərəb dövlətləri ilə də əlaqələrin korlanması mümkündür. Burada həmin ölkələrdə barmağı olan ABŞ və digər Qərb ölkələrinin rolu var. Habelə İran özünü təcrid etməklə Qərbin və əsasən də ABŞ-ın istəklərinə yaxınlaşmalı olacaq. Bir sözlə İranın zəif və aqressiv siyasəti ABŞ-ın əlinə oynamağa xidmət etmiş olur".
T.İrfan Yəmən Husilərinin və Həmasın İrana bağlı olduğunu və Suriyada, İraqda, Livanda da İrana bağlı qruplar mövcudluğunu qeyd edib:
"Bu qrupların silahlı müdaxiləyə girişməsi şübhəsiz ki, gərginliyi artıracaq. Lakin ABŞ və İranın Yaxın Şərqdə gərginliyi artırıb bulanıq suda balıq tutma siyasəti bu dövlətləri ideoloji cəhətdən bir - birinə bağlayır. Nə qədər üzdə düşmən olsalar da, müsəlman və türk dövlətlərinə qarşı bir çox mövqelərdə eyni marağa xidmət edirlər. ABŞ və İran üzdə düşmən görünsələr də, gərginliyi artırıb bir-birinin üstünə atmaqla əslində maraqlarına nail olurlar. Əks halda İraqda, Suriyada, Yəməndə İran kök atanda, hərbi mövqe quranda ABŞ göz yummaz, müdaxilə edərdi. Əgər belə bir müdaxilə olmadan, əksinə dəstək verilərək İranın varlığı bu ölkələrdə qorunubsa, deməli fərqli niyyət var. Hazırda da ABŞ İrana şərait yaradır ki, Həmasın olduğu bölgədə növbəti bazasını qursun. Çünki bu taktika il' müəyyən mənada İsraili də təhdid altında və asılı saxlamağı düşünür. Zahirdə olan bu yanaşmalar əslində görüntüdür. Reallıq isə ondan ibarətdir ki, ABŞ İranın atdığı addımlar vasitəsi ilə girə bilmədiyi bir çox yerə daxil olur, əlində əsas tutaraq Yaxın Şərqdə yeni maraqlarının təməlini qoyur.
Bir sözlə nə İran, nə də ABŞ regional gərginliyi azaltmaqda ciddi və maraqlı görünmür. Bəyanat və söz savaşı heç nəyi həll etməyib, etmir də".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm