Agent axtarışdadır
Yusif Nəzərli
05:29 16.02.2022
Siyasət
945
Arutyunyanın həbsi üçün şərait yetişib
Baş separatçını məhkəmə qarşısına çıxarmaq üçün Rusiyanın da razılığını almalıyıq
Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Qarabağdakı baş separatçı Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim ediləcəyini, məhkəmə qarşısına çıxarılacağını deyib. Prokurorluq rəsmisi bildirib ki, Vətən müharibəsi zamanı Gəncə şəhərinə 4 dəfə terror hücumu olub. Özünü qondarma qurumun “prezidenti” kimi təqdim edən Arutyunyan sosial şəbəkə hesabında bunu öz üzərinə götürüb: “Ümid edirik, qısa müddətdə cinayət törətmiş hər bir şəxsin, o cümlədən Araik Arutyunyanın və digərlərinin tutularaq istintaqa cəlb edilməsi təmin olunacaq”. Məlumat üçün bildirək ki, separatçı Arutyunyan haqqında Baş Prokurorluqda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. Arutyunyanın həbsi üçün İnterpola məlumat verilib. Amma onun həbsini gerçəkləşdirmək hələ mümkün olmayıb.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Baş Prokurorluğun açıqlamasını müsbət qarşılasa da, hələlik separatçının həbsinin real olmadığını deyib. Partiya rəsmisinə görə, Xankəndi və ətrafı Rusiya sülhməramlılarının nəzarətində olduğu müddətcə oradakı separatçıları zərərsizləşdirmək çətin olacaq:
“Əgər Silahlı Qüvvələrimiz yaxın dönəmdə Qarabağda anti-terror əməliyyatına başlasa və həmin müddət ərzində Arutyunyan bölgədən qaçıb başqa ölkəyə sığınmasa, onu həbs edə bilərik. Fikrimcə, əsas məqsəd hansısa separatçının türməyə salınması deyil, Xankəndi və ətrafını nəzarətə götürməkdi. Arutyunyanı sonra da həbs etmək olar. Onu cinayət məsuliyyətinə cəlb etmək üçün Rusiya ilə müzakirələr aparılmalıdır. Daha doğrusu, hansısa məsələdə Moskvaya güzəştə getməliyik ki, onlar Arutyunyanı bizə təhvil versinlər. Rusiyaya Qarabağ ərazisində ən böyük güzəşti etmişik. Başqa hansı güzəştə gedə bilərik ki?! Bölgə rus “sülhməramlılarının” nəzarətində olduğu müddətcə atılacaq addımlar yarımçıq qalacaq. Arutyunyan gedəcək, yerinə başqa separatçı gələcək. Nəsə dəyişəcəkmi? Yox, dəyişiklik olmayacaq, çünki ərazilər rusların əlindədir. Qısa zamanda Qarabağın bütün ərazilərinə tam nəzarəti üzərimizə götürməli və sərhədlərin müəyyənləşməsinə nail olmalıyıq. Əlbəttə, separatçı Araikin Azərbaycanda məhkəmə qarşısına çıxarılması bir çox baxımdan önəmlidir. Bunu da təmin etməliyik. Amma indiki halda öncəlik torpaqlarımızda suverenliyimizi bərpa etməkdir”.
Politoloq Qabil Hüseynli də “Şərq”ə açıqlamasında prosesin mürəkkəb olduğunu vurğulayıb. Ekspert bildirib ki, Arutyunyan qırmızı bülletenlə axtarışa verilsə də, sərbəst şəkildə Rusiyaya gedib-gəlir:
“İnterpolun Moskva xidməti separatçıya əhəmiyyət vermir. Baş Prokuroruluğun əlində kifayət qədər tutarlı faktlar var. Görünür, istintaq prosesi də xeyli irəliləyib. İnterpol xətti ilə müəyyən danışıqlar aparılır. Arutyunyanın həbsi üçün şərait yetişib. Amma çox çətin proses olacağını söyləmək lazımdır. O, Rusiya Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin agentidir. O baxımdan həbsində müəyyən problemlərin yaradılacağını düşünürəm. Separatçının arxasında Fransadakı müəyyən erməni dairələrinin də olduğu deyilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol