Avropa İttifaqı və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub.
APA xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Jan Koopman “X” hesabında paylaşım edib.
Məlumata görə, o, Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşlərdə minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində Aİ-nin dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparıb.
Koopman görüşləri konstruktiv və faydalı müzakirələr kimi dəyərləndirib.