
Ali Satan: Azərbaycan Türk dünyasında lokomotiv rolunu oynayır
11:26 29.09.2025
Siyasət
500
Müasir dövrdə qlobal və regional siyasətdə sabitlik, təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq anlayışları ön plana çıxmaqdadır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi xarici siyasət modeli təkcə Cənubi Qafqaz bölgəsində deyil, bütövlükdə Türk dünyasında da strateji əhəmiyyət daşıyan nümunəvi bir yanaşma kimi çıxış edir. İqtisadi dirçəliş, siyasi sabitlik və güclənən hərbi potensialla müşayiət olunan bu siyasət, eyni zamanda sülh və əməkdaşlıq ideyalarının reallaşdırılmasında praktik bir yanaşma təklif edir.
"Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktyor kimi” mövzusuna həsr olunmuş konfransda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman Türk Dünyası çərçivəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycan Respublikasının əvəzsiz töhfə və sarsılmaz dəstək verdiyini deyib. O qeyd edib ki, Azərbaycan Türk dünyasında körpü rolunu oynayır.
Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, siyasi şərhçi Ali Satan Sherg.az-a Azərbaycanın bu sahədəki uğurları və Türk dünyasının gələcəyində oynadığı mühüm rol barəsində danışıb:

"Azərbaycanın həyata keçirdiyi xarici siyasət həm Qafqazda, həm də bütün Türk dünyasında son dərəcə mühüm bir nümunə təşkil edir. Belə ki, Azərbaycan həm siyasi sabitliyini qoruyur, həm də iqtisadi və hərbi baxımdan sürətlə güclənir. Sülh yalnız arzularla əldə edilə bilən bir vəziyyət deyil. Əksinə, sülh siyasətinin arxasında ciddi iradə, onu dəstəkləyəcək iqtisadi güc və hərbi potensial dayanmalıdır. Prezident İlham Əliyev bunu uğurla həyata keçirdi. O, uzaqgörən siyasət yürüdərək, sülhpərvər siyasətin necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirməkdədir".
Ali Satan Türk dünyasının daxilən sabit, rifah və sülhü təşviq edən və yaşadan bir güc kimi, dünyaya nümunə ola biləcək bir birliyə çevrilmək yolunda irəlilədiyini qeyd edib:
"Azərbaycanın bu prosesdə oynadığı müsbət və lokomotiv rolu xüsusilə qeyd olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya