
Analitik: Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Türk dünyası üçün önəmli addım olacaq
12:48 29.09.2025
Siyasət
480
Azərbaycan və Ermənistan arasında diplomatik müzakirələr və normallaşma prosesi çərçivəsində müəyyən razılaşmalar əldə olunub. Bu, regionumuz üçün yeni əməkdaşlıq imkanları yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşma perspektivlərinin artması Türk dövlətləri arasında nəqliyyat və enerji sahəsində yeni imkanların yaranmasına şərait yaradır.
“Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi” mövzusuna həsr olunmuş konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
"Bu istiqamətdə Türk dövlətlərinin dəstəyi olduqca mühüm və həlledici rol oynayır. Bu dəstək, eyni zamanda, Orta Dəhlizin gücləndirilməsinə, təhlükəsizliyimizin təmin edilməsinə və xalqlarımız arasında həmrəyliyin dərinləşməsinə xidmət edəcək. Bütün bunlar isə regiondakı gücümüzü artıracaq və dünya siyasətində mövqeyimizi daha da möhkəmləndirəcək", - deyə bildirib.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a deyib ki, Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma yalnız iki ölkə arasındakı münasibətləri normallaşdırmaqla kifayətlənmir:

"Eyni zamanda bu danışıqlar regional əməkdaşlığı gücləndirir və Cənubi Qafqazda, ümumilikdə isə qlobal səviyyədə əlaqələrin yeni mərhələyə keçməsinə imkan yaradır. Əvvəllər işğal və blokada səbəbindən Azərbaycan və Türkiyə ilə əlaqələri məhdudlaşan, Qərbə inteqrasiyası çətinləşən Ermənistanın bu razılaşma sayəsində diplomatik və iqtisadi maneələri aradan qalxır, Bakı–İrəvan və Ankara–İrəvan dialoqu üçün yeni perspektivlər formalaşır. Bu razılaşmanın tam nəticəyə çatması üçün Ermənistanın hüquqi-normativ aktlarından Azərbaycana qarşı ərazi iddialarını çıxarması vacibdir. Beləliklə, əldə olunan razılaşma hər iki tərəf üçün strateji və çoxşaxəli əhəmiyyət kəsb edir. Xüsusilə, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Türk dünyası üçün önəmli bir addım olacaq. Dəhliz vasitəsilə Azərbaycan, Türkiyə və digər Türk dövlətləri arasında nəqliyyat və logistika əlaqələri daha səmərəli və problemsiz olacaq, iqtisadi, mədəni və sosial inteqrasiya güclənəcək. Bu, regionda Türk dövlətlərinin təsirini artıraraq, vahid strateji baxışın formalaşmasına zəmin yaradacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya