Ankara və Bakı Tbilisini də təhlükəsizlik zolağına çəkir
21:20 03.09.2021
Siyasət
606
Azərbaycan və Türkiyənin silahlanması Gürcüstanın da xeyrinədir
Çünki regionda Vətən müharibəsindən sonra yaranan yeni reallıq belə hərbi prioritetləri arxa plana atmır
"Azərbaycan Vətən müharibəsində qələbə qazansa da regionda silahlanmanın sürətlənməsi azalmayıb. Bunu zəruri edən amillər isə Ermənistan və onun havadarları ilə əlaqəlidir, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri, qarşı tərəf(lər)in narahatlığını qidalandırır".
Bu sözləri siyasi-şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında deyib. Analitik bildirib ki, Ermənistanın ərazi iddialarından geri çəkilməsi zəruridir: "Ermənistan işğalçılıq doktrinasından imtina edən sənəd və ya milli təhlükəsizlik strategiyası ortaya qoymayıb, hərçənd ki, ara-sıra bunun üçün hazırlığın rüşeymlərini Baş nazir Nikol Paşinyanın bəyanatlarında görürük. Məsələn, Nikol Paşinyan qonşu dövlətlərlə münasibətlərin, o cümlədən Türkiyə ilə əlaqələrin normallaşmasının vacibliyini önə çəkir.
Bu isə o halda mümkündür ki, Ermənistan Azərbaycana və Türkiyəyə, eləcə də Gürcüstana olan ərazi iddialarından əl çəksin. İrəvanda Cavaxetiya ermənilərinə dəstək adı altında yaradılmış Əlaqələndirmə Şurası təcavüzkarlığa "insan hüquqları” donu geyindirmək istəyirdi. Bu şuranın Ermənistanda dövlət tərəfindən himayə olunan "Cavakx” "Mitk” analitik mərkəzi, "Yerkir” birliyi, Virk partiyası və "Cavakx xalq hərəkatı” kimi təşkilatlar tərəfindən maliyyələşməsi bir daha İrəvan hökumətinin əsl mahiyyətini ortaya qoyur. Əsas qayə isə təbii ki, Gürcüstana qarşı ərazi iddialarına zəmin yaratmağa hesablanmış planların tərkib hissəsinin həyata keçirilməsi üçün stimul yığmaqdır. Bakının Vətən müharibəsində qələbəsi Ermənistanın Gürcüstan planlarını prioritetdən çıxardı, indi İrəvan yalnız öz hayına qalıb, bununla belə işğal doktrinasından imtina etdiyini bildirməyib".
A.Kərimov Azərbaycan-Türkiyə hərbi təlimlərinin Gürcüstanla əlaqəli olduğunu deyib: "Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və dərinləşən strateji əməkdaşlığı gələcəkdə Gürcüstanı da hansısa təhlükədən sığortalamaq məqsədi güdür. Təbii ki, tez-tez keçirilən hərbi təlimlərin məqsədi təkcə antiterror əməliyyatları ilə əlaqəli deyil, xüsusilə xüsusi təyinatlıların məşqləri də gələcəkdə daha uzaq hədəflərə "vurmaq” niyyətlərinin bəyanıdır. Hətta zamanla Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimlərinə da şahidlik etmişik, indi sözsüz ki, Ankara və Bakı Gürcüstanı da təhlükəsizlik zolağına salmaq istəyir".
Siyasi-şərhçi Gürcüstanla bağlı planın səbəblərini belə izah edib:
"Birincisi, Bakı da, Ankara da sərhədində yeni cəbhə açılmasını istəmir. İkincisi, Gürcüstan Azərbaycan və Türkiyənin enerji arteriyalarını birləşdirən tranzit ölkədir. Ona görə Azərbaycan da, Türkiyə də israrla Gürcüstanın Zəngəzur dəhlizinə qoşulmasını istəyir, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Bakıda Milli Məclisdə olarkən aşkar şəkildə bununla bağlı Tbilisiyə mesaj ünvanlamışdı.
Bakı və Ankaranın ortaq strateji maraqları isə silahlanmanı ön plana çıxarır, çünki regionda Vətən müharibəsindən sonra yaranan yeni reallıq belə hərbi prioritetləri arxa plana atmır, əksinə, prioritetlərin yeni coğrafiyalara daşınmasının vacibliyini artırır.
Azərbaycana isə silahlanmağı gücləndirmək lazımdır. Çünki bir tərəfdən Ermənistan amili, digər tərəfdən isə Rusiya amili, o biri tərəfdən isə İran amili ortadadır. Böyük ehtimal ki, Ermənistanla sərhədlərin müəyyənləşməsi başa çatdıqdan sonra yeni sərhəd zolağına müasir silahlar yerləşdiriləcək və bunu təhdidlərə qarşı önləyici tədbirlər kimi qiymətləndirə bilərik.
Azərbaycan və Türkiyənin silahlanması Tbilisiyə sərf edir. Çünki başa düşür ki, bu, Rusiyadan ehtimal olunan təhlükələrə qarşı duruş qabiliyyətinin ortaya qoyulmasıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm