Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir
Turan
08:59 14.07.2021
Siyasət
675
Göründüyü kimi, regionumuzdakı proseslərin nizamlanmasına qarşı çıxan və təxribatlar hazırlayan qüvvələrin fəaliyyəti iflasa uğramaqdadır
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekunları ilə bağlı fikirlərini bölüşüb. Avropa Komissiyasının rəsmi saytında yerləşdirilən bu fikirlərdə komissar səfərinin Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinə yeni təkan verdiyini qeyd edib. Xüsusilə Qarabağ mövzusunda geniş fikir mübadiləsi aparıldığını deyib. Bildirib ki, Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq və bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirələr aparılır.
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov vurğulayıb ki, Aİ nümayəndəsinin rəsmi Bakının müharibədən sonra bəyan etdiyi tezisləri dilə gətirməsi, sözsüz ki, daha bir beynəlxalq platformada ölkəmizin məqsədinə çatdığının göstərəcisidir. Analitik vurğulayıb ki, O.Varhelyi “müharibənin nəticələrini aradan qaldırmaq”, “uzunmüddətli sülh naminə birgə çalışmaq” kimi ifadələr işlədir:
“Bu ifadə və yanaşmalardan aydın olur kı, Avropa İttifaqı Azərbaycan kimi, hazırda Qarabağ münaqişəsinin post-münaqişə mərhələsində olduğunu və qarşıdakı məqsədlər sırasında məhz bölgədə quruculuq işlərinin aparılması, Zəngəzur dəhlizinin açılmasını, yeni münasibətlərin qurulmasını hədəf kimi görür. Avropa İttifaqının nümayəndəsinin bu fikirləri səsləndirməsi Birliyin Qarabağ münaqişəsinin artıq həll olunduğunu qəbul etdiyini təsdiqləyir. Təbii ki, Avropa İttifaqının bu fikirləri səsləndirməsi erməni tərəfi və erməni məsələsi adı altında bölgədəki siyasi proseslərə müdaxilə etməyi düşünən bəzi dövlətlər üçün xoşagəlməzdir. Çünki ən vacib aktorlarından sayılan Avropa İttifaqının Cənubi Qafqazda müharibədən sonra yaranmış siyasi mənzərə ilə bağlı baxış bucağı ümumilikdə Azərbaycan və Ermənistan arasında gələcək proseslərə təsir edəcək. Təsadüfi deyil ki, Avropanın bəzi ölkələrinin erməni lobbisinə çalışan parlamentariləri qanunverici orqanlarda anti-Azərbaycan bəyanatlarına nail olmaq, sonra isə məsələni Aİ miqyasında qaldırmaq iddiasında idilər. Lakin göründüyü kimi, regionumuzdakı proseslərin nizamlanmasına qarşı çıxan və təxribatlar hazırlayan qüvvələrin fəaliyyəti iflasa uğramaqdadır. Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallığı qəbul edərək, artıq Qarabağ məsələsinin keçmişdə qaldığını, bölgədə yeni proseslərə dəstək verməyə hazır olduğunu bəyan edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual