
“Avropa İttifaqı Ermənistanı “diriltmək” istəyir” – Fiaskoya uğrayacaq!
“Avropa İttifaqı Ermənistanı “diriltmək” istəyir” – Fiaskoya uğrayacaq!
Yusif Nəzərli
11:12 13.10.2022
Siyasət
502
“Aİ-nin son günlərdə verdiyi qərarlar isə birbaşa əleyhimizə yönəlib”
“Bu cür missiyaların Bakını qərarlarından və haqq işindən yayındıra bilməyəcəyini düşünürəm”
Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə missiya göndərmək qərarına gəlib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı bəyan edib ki, Fransa Prezidenti Emmanuel Makron və Aİ şurası sədri Şarl Mişelin təşəbbüsü ilə Praqada görüş olub, orada razılaşdırılıb ki, Aİ missiyası faktları öyrənmək üçün Ermənistana səfər edəcək və sonra yəqin ki, hesabat verəcək.
Bu gün isə Avropa İttifaqının texniki qrupu bu gün Ermənistana səfər edəcək. Qrupun məqsədi Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Avropa İttifaqı missiyasının konkret yerlərini müzakirə etməkdir.

Proseslərin pərdəarxasını şərh edən Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bildirib ki, missiyanın göndərilməsinin 12-13 sentyabr sərhəddə baş verən hadisələrlə bağlı olduğunu düşünür:
“Ermənistana 2.6 milyard dollar həcmində maliyə dəstəyi ayıran qurumdan bunnan artığını gözləmək olmazdı. Əslinə qalsa, bu missiya İrəvana verilən dəstəyin daha bir nümunəsidir. Artıq sərhədlər müəyyən olunduqdan sonra bu missiyanın da bir önəmi qalmayacaq. Məlum addım Ermənistanı “diriltmək” cəhdlərindən biridir. Aİ-nin son günlərdə verdiyi qərarlar isə birbaşa əleyhimizə yönəlib. Onlar çalışır ki, Qarabağ problemi qalmaqda davam etsin. Çünki məsələnin Azərbaycanın xeyrinə həll olunması ilə heç cür barışa bilmirlər. Vətən müharibəsindən sonra dəfələrlə şahidi olmuşuq. Lakin ordumuz 2-ci Qarabağ savaşında təkcə Ermənistana yox, onun arxasındakı havadarlara da güclü zərbə endirmişdi. Bu cür missiyaların Bakını qərarlarından və haqq işindən yayındıra bilməyəcəyini düşünürəm. Onlar bir tərəfdən Avropaya inteqrasiyamızı istəyir, digər tərəfdənsə bu cür qərarlar verirlər. Bu anlamda da özlərinə ziyan vururlar”.
C.Abbaslı diqqətə çatdırıb ki, Azərbaycanın yolu nə Rusiyadan, nə də Avropadan keçir:
“Bizim yolumuz Türkiyə ilə birdir və onların güclənməsi üçün əlimizdən gələn dəstəyi verməliyik. Çünki güclü Türkiyə, güclü Azərbaycan deməkdir. Ankara bizim yanımızda olduğu dönəmdə Ai, ABŞ, Rusiya və İran kimi qüvvələrin əleyhimizə verəcəkləri qərarın heç bir təsiri olmayacaq. Bu səbəbdən də sözügedən missiya uzun ömürlü olmayacaq.Onlar zamanı gəldikdə boş işlərlə məşğul olduqlarını anlayacaqlar”.
xx
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə