Avropadakı bir çox dövlətlər Rusiyanın indiki mövqeyinin zəifləməsini istəmir -ANALİZ
11:10 12.08.2024
Siyasət
613
“Avropa İttifaqı və NATO yalnız Rusiyanın məğlubiyyətini istəyir”.
Bu sözləri “RİA Novosti”yə müsahibəsində Serbiya Baş nazirinin müavini Aleksandr Vuçiç deyib.
O bildirib ki, Avropa İttifaqı və NATO-nu heç qurbanların sayı da maraqlandırmır: “Mən sülh istəyirəm. Lakin Avropa İttifaqının böyük hissəsini və NATO-nu sülh maraqlandırmır. Onlar qurbanların sayından asılı olmayaraq yalnız Rusiyanın məğlubiyyətini istəyirlər”.
Nazir müavininin fikrincə, Rusiyanı məğlub etmək mümkün deyil: “Çünki Rusiya dünyanın nüvə gücü hesab olunur. Şimali Atlantika alyansının hərəkətləri Rusiyanı nüvə silahından istifadə etmək həddinə çatdıra bilər”.
Aleksandr Vuçiç vurğulayıb ki, ölkəsi Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib: “Serbiya müstəqil şəkildə dostlarını seçmək hüququna malikdir”.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Aleksandr Vuçiç Rusiya hakimiyyətinin yaxını olan şəxsdir:
“Hazırda Serbiya Rusiyanın Avropadakı ən böyük dostlarından biridir. Serbiya kimi ölkələr Qərbdən olan müttəfiqlərinin fikirlərinə məhəl qoymurlar və Rusiya ilə münasibətləri inkişaf etdirirlər. Yəni onları mövqeyləri müharibənin bitməsi və rəsmi Moskvayla geniş əlaqələrin qurulmasıdır. Bu isə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının mövqeylərinə ziddir. Ona görə də həmin ölkələrin hakimiyyətlərinə müəyyən qədər təzyiqlər etməyə çalışırlar. Sözügedən ölkələrin açıqlamaları isə Avropa İttifaqı və ABŞ-nin Rusiyaya təzyiq etməməsi, münasibətləri normallaşdırması istiqamətindədir. Yəni onların fikrincə, Rusiyanı heç bir halda məğlub etmək mümkün deyil. Ukrayna savaşı isə Rusiyanın məğlub edilərək biabırçı olması istiqamətində gedir. Avropadakı bir çox dövlətlər Rusiyanın indiki mövqeyinin zəifləməsini istəmirlər. Bunun əsas səbəbi isə regionda Rusiyanın məğlub olacağı təqdirdə ABŞ-nin Avropada tamamilə hegemonluq etməsi ehtimalıdır. Buna görə də bəzi Avropa ölkələri Rusiyanın zəifləməsinə qarşıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm
Lavrov Azərbaycana gəlir
12:41 14.10.2026
Dünya
ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib
12:29 14.10.2026
Gündəm
Britaniya Ukraynaya raket tədarükünü sürətləndirir
12:11 14.10.2026
Dünya
İranda 63 silahlı qarşıdurma: 94 nəfər öldü
11:38 14.10.2026
Dünya
Polşada ukraynalı qaçqınların sayı kəskin azalıb
11:37 14.10.2026
Dünya