Azərbaycan-Almaniya münasibətləri: Nazirlə səfir müzakirə apardı
Yusif Nəzərli
16:38 09.12.2021
Siyasət
448
Xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Almaniyada yeni hökumətdən formalaşdığını və yeni kanslerin seçildiyini qeyd edən səfir Volfqanq Maniq Azərbaycan ilə münasibətlərin möhkəmlənməsinə önəm verildiyini bildirib.
İki ölkə arasında, xüsusilə enerji sahəsində münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Almaniyada yeni hökumətin alternativ enerjiyə keçmək ilə bağlı məqsədlərindən bəhs edən səfir, təbii qazın bu xüsusda keçid enerjisi rolunda çıxış etdiyini söyləyib.
Səfir, qarşıdan gələn il təşkil olunacaq “Berlin Enerji Keçidi Dialoqu” tədbiri barədə məlumat təqdim edib.
Ceyhun Bayramov Almaniyada yeni kanslerin seçilməsi və yeni hökumətin formalaşması ilə bağlı təbriklərini səfirin diqqətinə çatdırıb.
O, iki ölkə arasında dostluq və yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin yeni hökumət ilə də davam etdiriləcəyinə ümid ifadə edib.
XİN başçısı Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji sahəsində etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
Yaşıl enerji və iqlim məsələlərinin Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən olduğunu söyləyib.
Nazir azad olunmuş Qarabağ ərazisinin dövlət rəhbəri tərəfindən yaşıl enerji zonası elan edildiyini Almaniya səfirinin diqqətinə çatdırıb.
Nazir həmçinin bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə Almaniya səfirinə məlumat verib.
Ermənistanın bu addımlara hələ də, qarşılıq vermədiyi, eyni zamanda təxribatçı addımlarını davam etdirərək bölgədə sülhün təmin olunması prosesinə xələl gətirdiyi qeyd edilib.
Görüşdə tərəflər, münaqişə sonrası mərhələdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması, habelə qarşılılıq maraq doğraun məsələlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat