
Azərbaycan sülhün qapısını açır, Ermənistan bağlayır - RƏY
Yusif Nəzərli
09:48 11.11.2024
Siyasət
504
Paşinyan daxili və xarici təzyiqlər altında olduğundan siyasi iradə nümayiş etdirə bilmir
"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanması Cənubi Qafqaz üçün böyük əhəmiyyət kəsb edir".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Əli Oruclu deyib.

Ekspert bildirib ki, Bakı ilə İrəvan bu prosesi nə qədər tez uğurla başa çatdıra bilsələr, dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması da o qədər tez olar:
"Lakin görünən odur ki, Ermənistan sülhün qısa müddətdə əldə olunmasına o qədər də maraq göstərmir. Baxmayaraq ki, dəfələrlə sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan etməklə özünü beynəlxalq ictimaiyyətə "sülhpərvər" kimi təqdim edir. Azərbaycan sülhün əldə olunmasını 5 prinsipə bağlayır və bunlardan biri də tərəflərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsidir. Lakin təəssüflər olsun ki, Ermənistan bu istiqamətdə ciddi mane yaradan Konstitusiyasına düzəlişlər etməyə, Azərbaycana və Türkiyə qarşı ərazi iddialarını ləğv etməyə tələsmir".
Analitik vurğulayıb ki, rəsmi İrəvan razılaşdırılmışdılması mümkün olan şərtlərlə müqavilə imzalanmasında təkid edir:
"Deyirlər ki, saziş olsun, digər detallar üzərində isə iş davam etdirilsin. Bu haqlı olaraq Azərbaycan tərəfindən rədd edilir. Çünki yarımçıq, bütün tərəfləri tam qane etməyən sülh ziddiyyətləri bütünlükdə aradan qaldırmaqdan gələcəkdə yeni qarşıdurmalara yol aça, deeslakasiya riskini artıra bilər. Odur ki, sülh prosesinə Bakı daha real yanaşır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyəti daxili və xarici basqılar altında olduğundan siyasi iradə nümayiş etdirə bilmir. Paşinyanın addımları daha çox qlobal siyasi təsirlərlərə bağlı olur. ABŞ-də hakimiyyət dəyişikliyi və Trampın prezidentliyə qayıtması regionda Vaşinqtonun yürüdəcəyi siyasət də sülh prosesinin sürətində iz buraxacaq. Hər halda istərdik ki, regionda inkişafa, əlaqələrə və münasibətlərin normallaşmasına əngəllər qısa zamanda aradan qaldırılsın. Cənubi Qafqaz həddindən artıq yüklənib və yorğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat