
Azərbaycan Türkiyə ilə çiyin-çiyinə Suriyanın yenidən qurulmasında iştirak etməlidir -ŞƏRH
10:00 14.02.2025
Siyasət
396
Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir.
Bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır.
Prezident əlavə edib ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Suriya Azərbaycan üçün yabancı coğrafiya deyil:

"Baxmayaraq ki, bir ərəb dövləti kimi qəbul edilir, lakin tarixən böyük türk coğrafiyasının bir hissəsi olub və bu gün də elə qalmaqdadır. Üstəlik, Azərbaycana birbaşa dəxli olan ərazidir. Azərbaycanın Suriyada maraqlarının olması qeyri-adi bir şey deyil. Əksinə, qardaş ölkə olaraq, Suriya ilə bağlı bizdən çox böyük gözləntilər var. Hətta bu yaxınlarda Suriyadakı türkmən qardaşlarımız müraciət etmişdilər ki, bizim xaraba qoyulmuş yurdlarımızın bərpasında Azərbaycan dövlətini arxamızda görmək istərdik. "Azərbaycan əlindəki imkanlarla bizə yardımçı olsun". Hələ də Suriyanın ən qədim və məşhur şəhərlərindən olan Hələbdə böyük şairimiz Nəsiminin məqbərəsi mövcuddur. Digər tərəfdən qardaş Türkiyə Suriya hərəkatının önündə gedir. Türkiyə haradadırsa, biz də oradayıq. Yəni əl-ələ verərək, çiyin-çiyinə bu dövlətin yenidən qurulmasında Azərbaycan dövləti də iştirak etməlidir. Cənab Prezident İlham Əliyev də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən məhz bunu dilə gətirib".
Şərhçi əlavə edib ki, ümumiyyətlə həm yaxşı, həm də pis gündə Türkiyə ilə birlikdəyik:
"Söhbət Suriyadan gedirsə, orada bizim milyonlarla soydaşımız, Suriya türkləri, bayır-bucaq türkmənləri yaşayır. Eyni zamanda bu yolda ilk addımlar da atılıb. Azərbaycanın nümayəndəsi Suriyaya gedib. Həmçinin Türkiyə üzərindən bu ölkəyə humanitar yardım göndərilib. Prezident bu fikirləri söz xatirinə demir və əməldə də həyata keçirməyə davam edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə