Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub
15:07 02.05.2024
Siyasət
334
Mayın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, COP29-a hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlər, o cümlədən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Rusiya tərəfinin aktiv iştirakının və töhfəsinin məmnunluq doğurduğunu bildirib.
İki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, habelə intensiv təmasların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Mövcud ikitərəfli əməkdaşlığın regional və beynəlxalq formatlar çərçivəsində davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
COP29 sədrliyimiz çərçivəsində görülən işlərdən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.
Postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyiş olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə, ölkəmizin normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğunu vurğulayıb.
Xüsusi nümayəndə Mixail Şvıdkoy iki ölkə arasında müxtəlif, xüsusilə təhsil, mədəniyyət, texnologiya və innovasiyalar sahələri üzrə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya