Azərbaycanda ən yaşlı seçici 136 yaşlı Əzizova Tamam Əli qızıdır

100 yaş və ya ondan yuxarı 209 seçici var.

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında deyib.

O bildirib ki, qadınlar arasında ən yaşlı seçici 136 yaşlı Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonu, 78 saylı DSK, 38 saylı məntəqədə qeydiyyata alınıb.

"Kişilər arasında isə ən yaşlı seçici 106 yaşlı Hacıyev Fərrux Səməd oğludur. O, Tovuz rayonu 107 saylı DSK, 11 saylı məntəqədə qeydiyyata alınıb", - o vurğulayıb.