Azərbaycanın daha bir qrup din xadimi İrandakı səfirliyimizə edilən terroru pisləyib
Yusif Nəzərli
09:07 10.02.2023
Siyasət
392
Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri İrandakı Azərbaycan səfirliyinə terror hücumunu pisləyən bəyanat yayıblar.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:
“Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları üzrə din xadimləri, dini icma sədrləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirirlər. Müstəqil Azərbaycanın suveren ərazisinin - səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqa zidd terror aktıdır.
Tehrandakı səfirliyimizin mühafizəsini təmin edərkən - dövlətimizin qorunması yolunda qəhrəmancasına şəhid olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücumu dəf edərkən yaralanan mühafizə əməkdaşlarına Allahdan şəfalar diləyirik.
Azərbaycanın dini cameəsi, eləcə də bölgədə fəaliyyət göstərən din xadimləri də bu cinayəti qətiyyətlə pisləyirlər. Bəyan edirik ki, ölkəmizə qarşı baş vermiş bu hadisə məzhəbindən asılı olmayaraq, Azərbaycan dindarları tərəfindən hiddətlə qarşılanır. Müsəlman qardaşını təhdid etmək, Allah evlərini murdarlayan erməni təcavüzkarlarına silah, hərbi yardım ötürmək müsəlmanlıqla bir araya sığmır. Müqəddəs dinimiz islam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir. Biz də bir Azərbaycan vətəndaşı və din xadimləri olaraq, tələb edirik ki, terror aktının üstünün açılması üçün bütün araşdırmalar dərindən və Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə aparılmalıdır.
Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, bütün Azərbaycan vətəndaşları dinindən və məzhəbindən aslı olmayaraq dindarları ölkəmizə qarşı məkrli qüvvələrin təxribatlarını hiddətlə qarşılayır, kəskin pisləyir. Azərbaycan səfirliyinə siyasi sifarişlə hücum yolverilməz təxribatdır və bütün Azərbaycan dindarları tələb edirlər ki, İran hökuməti hadisə ilə bağlı lazımi ölçü götürsün, terrorda əli olanları təcili cəzalandırsın.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!”
Xatırladaq ki, daha əvvəl Aran bölgəsindəki din xadimləri də terror aktını pisləməklə bəyanat yayıblar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm