Azərbaycanın işğala son qoyması tarixi əhəmiyyət daşıyır - Hulusi Akar
16:06 29.01.2024
Siyasət
507
Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, görüşdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dost və qardaş ölkələrimiz arasında münasibətlərin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdiyini deyib.
Komitə sədri vurğulayıb ki, Türkiyə dövləti və xalqı Ermənistanın işğalına uğrayan Azərbaycanın haqqını həmişə və hər yerdə müdafiə edib, xüsusən də bu işğala son qoyan 44 günlük Vətən müharibəsinin ilk anlarından etibarən bizə hər cür siyasi, mənəvi və diplomatik dəstəyini göstərib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Türkiyənin yaxından iştirakını məmnunluqla vurğulayan Ziyafət Əsgərov Hulusi Akarın bu səfərinin əlaqələrimizin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
TBMM-in Milli müdafiə komissiyasının sədri Hulusi Akar dost və qardaş ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində əldə olunan uğurlardan bəhs edib. O deyib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadırlar. İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı biz bir daha bunun şahidi olduq.
Hulusi Akar bildirib ki, rəşadətli Azərbaycan Ordusunun işğala son qoyması və ölkənin suverenliyini tam təmin etməsi tarixi əhəmiyyət daşıyır. O, bu tarixi hadisənin Azərbaycanın qarşısında açdığı perspektivlərdən danışıb, bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının region ölkələrinin rifahına və firavanlığına xidmət edəcəyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol