Azərbaycanın Zəfər bayramı Ankarada qeyd olundu - FOTO
Yusif Nəzərli
12:00 08.11.2022
Siyasət
460
Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Azərbaycanın Türkiyədəki Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin təşkilatçılığı ilə Ankarada 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin ikinci ildönümünə həsr olunmuş rəsmi qəbul və konsert keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbirə şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlanıb.
Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən “Tarix yazan Ordu” filminin nümayişindən sonra açılış çıxışları edilib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin əbədiliyinə diqqət çəkib. Nazir Türkiyə ilə Azərbaycanı eyni gördüklərini, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün Türkiyənin gücü olduğunu qeyd edib.
Nazir Azərbaycan torpaqları 30 ilə yaxın işğalda olduğu müddətdə yüz minlərlə azərbaycanlının torpaqlarından məcburi köçkün olduğunu, Xocalı faciəsinin törədildiyi zaman səsini çıxarmayanların indi ortaya çıxmasının xüsusi diqqət çəkdiyini vurğulayıb. Bildirib ki, 44 günlük müharibə türkün gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcəklər.
Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyənin sevilən sənətçilərinin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Zəfər tədbiri Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol