“Bakı Moskva və Tehranı “açıq oynamağa” məcbur edir” – AKTUAL
08:45 15.09.2021
Siyasət
868
“Azərbaycan regionda elə bir ab-hava yaradıb ki, ətraf ölkələr “pat” vəziyyətindədir”
“Nə xislətlərinə uyğun addım ata, nə də buna kəskin reaksiya verə bilirlər. Hər iki variant da onların əleyhinə işləyir”
“Regionda gedən son proseslərə nəzər salsaq, hiss olunur ki, uzun illər üzdə dost görünüb, arxada düşmənçilik etmək dövrünün sonu çatır”.
Bu sözləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Daha ətraflı “Sherg.az”a danışan analitikin sözlərinə görə, Azərbaycan, nəhayət, hər kəsin mövqeyini açıq ortaya qoyması üçün fəaliyyətə keçib:
“İstər Rusiya, istərsə də İran mövqelərini konkretləşdirməyə, nə istədiklərini açıq bildirməyə məcburdur. Hesab edirəm ki, son günlər bu iki ölkənin üstünə gedilməsinin əsas məqsədi onları “açıq oynamağa” məcbur etməkdir. Ya niyyətlərini açıq deyəcək, buna uyğun münasibət görəcək, ya da əvvəlki kimi “gizli oynayıb”, qarşılarında görmək istədiklərini görəcəklər. Azərbaycan regionda elə bir ab-hava yaradıb ki, ətraf ölkələr “pat” vəziyyətindədir. Nə xislətlərinə uyğun addım ata, nə də buna kəskin reaksiya verə bilirlər. Hər iki variant da onların əleyhinə işləyir”.
Qasımovun fikrincə, bölgədəki reallıqlar dəyişib:
“Azərbaycan-Türkiyə-Pakistan üçlüyünə qarşı kəskin reaksiya bildirməkləri lazım olduğu halda, buna qarşı mövqeləri zəif olduğu üçün səssiz qalırlar.
Mövqelərinin zəifliyi bu günə kimi tutduqları yanlış yoldan qaynaqlanır və Azərbaycanın davranışını təbii hesab edirlər.
Məsələ o yerə çatıb ki, Rusiya-İran ikilisinin mövqeyinə Ermənistan da qoşulub, hadisələrin gedişini seyr etməklə məşğuldur.
Bu günədək Bakının başına gətirdiklərinin cavabını aldıqlarını kənardan ürəkağrısı ilə çarəsiz izləyirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media