Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
13:13 06.09.2024
Siyasət
434
Bakı Təşəbbüs Qrupu, 2024-cü il sentyabrın 3-də Bakıda keçirilmiş "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransın nəticələrinə əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, Qoşulmama Hərəkatının sədri, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, Avropa Komissiyasının sədri, Ərəb Liqasının baş katibi və Afrika İttifaqının sədrinə rəsmi məktub ünvanlayıb.
Oxu.Az xəbər verir ki, məktubda Fransa tərəfindən Qəmər Adaları İttifaqına aid olan Mayot adasının qanunsuz işğalı ilə bağlı dərin narahatlıq ifadə edilmiş və bunun beynəlxalq hüququn pozuntusu olduğu qeyd olunub.
Məktubda bildirilib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından sui-istifadə edərək beynəlxalq hüququn bu pozuntusunun həllinə yönəlik təşəbbüslərə mane olur. Habelə, Fransa BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq qətnamələri heçə sayır.
"Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransın əsas nəticələrindən biri olan Yekun Bəyanat Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, Qoşulmama Hərəkatının sədri, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, Avropa Komissiyasının sədri, Ərəb Liqasının baş katibi və Afrika İttifaqının sədrinə təqdim olunub. Bundan əlavə, yuxarıda qeyd olunan təşkilatların rəhbərlərinə Bakı Təşəbbüs Qrupu tərəfindən nəşr edilmiş "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən Qeyri-Qanuni işğalı" adlı broşür da təqdim olunub.
Bakı Təşəbbüs Qrupu, eyni zamanda, məktubunda Mayot adasının işğalı ilə bağlı beynəlxalq konfrans keçirməyə və işğalın dayandırılması, beynəlxalq hüququn qorunması məqsədilə bu qurumların daxilində müvafiq işçi qruplarının yaradılmasını təşviq etməyə çağırıb.
BTQ beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində bu məsələnin beynəlxalq hüquq əsasında tezliklə həll olunacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə
Köçəryan xəstəxanadan həbsxanaya köçürüldü
14:50 27.08.2026
Cənubi Qafqaz