Baxçalı: Erkən seçki gündəmdə deyil

“Türkiyədə erkən seçkilərin keçirilməsi gündəmdə deyil”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Seçkinin nə vaxt keçiriləcəyi bəllidir, erkən seçki gündəmdə deyil. “Seçki qapısını aralayaq” söylənilsə də, bizim aralayacağımız qapı Türkiyə və “Türkiyə Əsri”nin böyük qapısıdır. Başqa qapılardan ümid ummaq CHP-nin arzusudur, Cümhur İttifaqının (AKP-MHP) ucuz gündəmlərin arxasınca getməsi siyasi baxımdan məntiqli deyil”, - o bildirib.