Bayden-Ərdoğan görüşü!- “ABŞ lideri “hücum taktikası”nı seçəcək”
Banuçiçək Kalbalıyeva
12:13 14.06.2021
Siyasət
516
“Türkiyə və ABŞ arasında ziddiyyətlər həddindən artıq çoxdur. İki ölkə arasında mövcud olan problemlərin əksəriyyəti dövlət maraqlarının toqquşmasından qaynaqlanır”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden arasında bu gün keçirilən görüş barədə “Sherg.az”a danışan "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli deyib.
E.Xalidbəyli liderlərin müzakirəsi barədə fikirlərini bölüşdü:
“Türkiyə və ABŞ arasında münasibətlərin normallaşması üçün ilk növbədə qarşılıqlı güzəştlərə ehtiyac var. Halbuki bu, indiki situasiyada o qədər də inandırıcı görünmür. Çünki əksər problemlər Ağ Evin Türkiyəyə münasibətdə "təlimat verən müttəfiq" statusuna iddia etməsi ilə bağlıdır. Yəni, anlaşma üçün Ağ Ev rəsmi Ankara ilə bərabərhüquqlu münasibətlərə hazır olduğunun inandırıcı mesajını verməlidir. ABŞ dünya hegemonluğuna iddialı superdövlət olaraq, bərabərhüquqlu münasibətlərə vərdişli deyil. Rəsmi Ankara isə artıq belə münasibətlər sistemini qəbul etmir. Bu baxımdan, Bayden-Ərdoğan görüşündən hansısa nəticənin çıxa biləcəyi də qətiyyən inandırıcı görünmür. Hətta görüşün gündəliyi ilə bağlı da kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Belə ki, ABŞ prezidenti Co Bayden Türkiyə lideri ilə Rusiyadan alınmış "S-400" raket sistemlərinin NATO-nun silah təchizatı təlimatlarına uyğun olmadığını müzakirə etmək niyyətində olduğunu bildirib. Halbuki, Türkiyə bu silahları məcburiyyət qarşısında qalaraq alıb. Və geri qaytarmaq artıq mümkün deyil. Eyni zamanda, belə bahalı və strateji silahların hansısa formada üçüncü ölkəyə verilməsi də mümkün görünmür. Hər halda, buna Rusiya da imkan verməz. Nəhayət, bu silahların anbarlarda saxlanması variantı da Türkiyə üçün sərfəli deyil. Rəsmi Ankara indiki şərtlər daxilində buna razılaşmaz. Rəsmi Ankaranın buna razılaşması üçün Türkiyənin "S-400"-lərə çəkdiyi xərci qarşılamaq lazımdır. Eyni zamanda, Türkiyənin analoji təyinatlı silahlara olan hərbi ehtiyacları ödənməlidir”.
Analitik Baydenin “hücum taktikası” seçəcəyini bildirdi:
“Göründüyü kimi, bu, çox qəliz məsələdir. Digər tərəfdən, Türkiyə prezidenti bu mövzunu müzakirə etməyə həvəsli olmadığını da qətiyyən gizlətmir. O, bildirib ki, ABŞ prezidenti Co Baydenlə Türkiyəyə verilməli olan "F-35" strateji döyüş təyyarələri ilə bağlı problemi müzakirə etmək niyyətindədir. Türkiyə dəyərini ABŞ-a ödəsə də, Ağ Ev ikitərəfli müqaviləni pozaraq, "F-35"-ləri Türkiyəyə göndərməkdən imtina edir. Əsas bəhanə kimi də Türkiyənin Rusiyadan "S-400" raket sistemləri almasını göstərir. Rəsmi Ankara Ağ Evdən ya "F-35"-lərin Türkiyəyə göndərilməsini, ya da həmin təyyarələr üçün ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. ABŞ isə Türkiyə üçün hazırlanmış "F-35"-ləri artıq Yunanıstana vermək barədə qərar qəbul edib. Ona görə də Bayden-Ərdoğan görüşündən ciddi nəticənin çıxa biləcəyi inandırıcı görünmür. Böyük ehtimalla Ağ Ev sahibi Türkiyə liderini yenə də sanksiya və embarqolar ilə şantaj etməyə çalışacaq. Ancaq Türkiyə buna artıq hazır olduğundan belə şantajların işə yarayacağına inanmaq çətindir”.
Politoloq, həmçinin tərəflərin Rusiya ilə münasibətlərinə də toxundu:
“ABŞ və Türkiyənin Rusiyaya qarşı birləşməsinə gəldikdəsə, bu da inandırıcı görünmür. Çünki ABŞ və Türkiyənin Rusiya ilə münasibətləri tamamilə fərqli maraqlar üzərində qurulub. Ağ Ev və rəsmi Ankaranı Kremlə qarşı birləşdirə biləcək elə bir ciddi maraq faktoru yoxdur. Əksinə, hazırda Moskva Türkiyə üçün ABŞ-dan daha əhəmiyyətli tərəfdaşa çevrilməyə başlayıb. Cənubi Qafqaz da daxil olmaqla, bəzi önəmli regionlarda Türkiyə və Rusiyanın maraqları uzlaşır. Bütün bunlar onu göstərir ki, Bayden-Ərdoğan görüşü iki ölkə üçün də nəticəsiz diplomatik təmas olacaq. Bu, daha çox diplomatik təmas nöqtələrinin axtarılması cəhdləri ilə məhdudlaşa biləcək yüksək səviyyəli görüş təsiri bağışlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur