Bayramov: Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik yaratmaq cəhdi qəbuledilməzdir
Bayramov: Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik yaratmaq cəhdi qəbuledilməzdir
10:25 05.06.2024
Siyasət
394
Ermənistan Konstitusiyasında, Ermənistan Parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarında və digər qanunvericilik sənədlərində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlamasına münasibət bildirərkən deyib.
“Bu məlum bir faktdır və bu məsələ, təbii ki, zaman-zaman qaldırılıb. Ermənistan cəmiyyətində bu xüsusda diskusiyaların olması o anlama gəlir ki, Ermənistan dövləti və cəmiyyəti özü bu faktların mövcudluğunu özləri üçün zərərləri olduğunu qəbul edirlər”, - nazir vurğulayıb.
Ceyhun Bayramov qeyd edib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik, bərabərlik yaratmaq cəhdi, yumşaq desək, həqiqətdən uzaq və qəbuledilməzdir: “Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında qonşu dövlətlərə və Ermənistana qarşı ərazi iddiaları mövcud deyil. Ona görə də bu mövzuda paralellik yaratmaq cəhdləri qəbuledilməzdir. Əfsuslar olsun ki, bu kimi tendensiyaları biz ilk dədə deyil görürük. Bəzi hallarda danışıqlar prosesində Ermənistan üçün belə demək olarsa, uyğun olmayan məqamlar qabardılarkən Azərbaycanda bunun analoqu olmasa belə, süni şəkildə güzgü effekti yaratmaq cəhdləri edilir”.
Ceyhun Bayramov onu da bildirib ki, Azərbaycan qanunvericiliyində bu kimi məqamların olmaması açıq-aydındır: “Bunu bütün beynəlxalq tərəfdaşlar bilir və bu arqumentləri heç kəs qəbul etmir. Düşünürəm ki, Ermənistan hakimiyyəti özü də bunun əsassız olduğunu bilir”.
Nazirin sözlərinə görə, Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz, burada paralelliyə yer yoxdur: “Nəzərə alsaq ki, bu kimi mesajlar beynəlxalq auditoriyalara da ünvanlanır, bu da beynəlxalq tərəfdaşlarımız arasında çaşqınlıq yarada bilər. Təbii ki, bunu nəzərə alaraq, biz bu kimi iddiaları əsaslı şəkildə rədd etmişik. Belə tendensiyaların inkişafı bizim üçün yolverilməzdir. Azərbaycan cəmiyyəti tam əmin ola bilər ki, bundan sonra da bu kimi arqumentlər ayaq tutub yeriyə bilməz. Burada paralelliyə yer yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya
Hamiləlik xəbərlərini yalanladı
07:50 11.07.2026
Şou
Xoruldamaq nə vaxt təhlükəli hesab olunur?
07:17 11.07.2026
Sağlamlıq
Yeni telefon batareyaları yaradılır - Enerji bitməyəcək
06:36 11.07.2026
Texnologiya
Zelenskiyə müxtəlif vasitələrlə təsir göstərirlər - Patruşev
06:01 11.07.2026
Aktual