Bayramov İƏT-in XİN Şurasının fövqəladə iclasında iştirak edib
16:32 05.03.2024
Siyasət
324
5 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edib.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Nazir Ceyhun Bayramov çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu qeyd edib.
Ölkəmiz adından qurbanların ailələrinə və yaxınlarına başsağlığını çatdıran nazir Ceyhun Bayramov, Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğunu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərdiyi diqqətə çatdırılıb.
Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir, Azərbaycanın yerdə insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib.
Nazir Ceyhun Bayramov Azərbaycanın İslam dünyasının məsuliyyətli və aktiv bir üzvü kimi bundan sonra da müqəddəs İslam dininin qardaşlıq ruhu və dəyərlərinə uyğun olaraq, Fələstin məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli və dayanıqlı həllini tapmasına göstərdiyi dəstəyi davam etdirəcəyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm