Bəyanatlar Paşinyanı xilas etməyəcək: “«Məğlub edilmiş lider» epiteti...”
Fidan Həmişəyeva
08:50 15.04.2021
Siyasət
584
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentinin bu günkü iclasında çıxış edib. O, bildirib ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında ona Qarabağdakı əraziləri qaytarmağı təklif edib. “İlk prezidentin mənə 2018-ci ilin iyulundakı görüşümüzdə söylədikləri barədə sirri açacam. Sitat gətirirəm: “Torpaqları artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda ilk prezidentin həmin gün formalaşan təsəvvürləri bu çərçivədən kənara çıxmadı, qalan hər şey isə qiymətləndirmə məsələsidir”.
Paşinyanı nə üçün belə açıqlama verdiyini “Sherg.az”a dəyərləndirən “Ağ” Partiya sədri Tural Abbaslı bildirib ki, Paşinyanın əvvəlki söhbətlərə istinad etməsi ilk hadisə deyil:
“O, hazırda düşdüyü duruma bəraət qazandırmağa çalışır. Əslində 2018-ci ildə Petrosyanın ona etdiyi təklif normal idi. İndi isə Paşinyan ictimaiyyət qarşısında özünə haqq qazandırmağa çalışır. Yəni ki, ağlı başında olan bütün erməni siyasətçiləri Qarabağətrafı rayonların qaytarılması tərəfdarı olub. Hətta Petrosyan kimi adam belə təklif səsləndirib.
Paşinyan niyə bunu indi deyir? Çünki onun dönəmində Azərbaycan Qarabağətrafı rayonlar daxil olmaqla Şuşa şəhərini işğaldan azad edib.
Paşinyan dolayısı ilə tam məğlub olmadığını və böyük itkilər vermədiyini söyləmək istəyir. Erməni cəmiyyəti isə elə toplumdur ki, onlar əfsanə, nağıl və xülyalarla bəslənirlər. Belə yarımçıq bəyanatlar Paşinyanı xilas etməyəcək.
O demək deyil ki, Paşinyan qalib gəlməyəcək. Əminəm ki, gələcək seçkilərdə yenə də onun partiyası seçiləcək. Lakin Paşinyanın «məğlub edilmiş lider» epiteti daim yaddaşlarda qalacaq.
O, nə qədər bu nüfuzu bərpa etməyə çalışsa da, buna nail ola bilməyəcək. Nəinki Qarabağ ətrafı rayonlar, tezliklə keçmiş Qarabağa daxil olan bütün ərazilər də Azərbaycanın suverenliyinə daxil ediləcək. Bununla da Ermənistanda Qarabağ üzərindən siyasət yürütmək məsələsinə yekun vurulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət