Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan noyabrda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “BirGün” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Rəcəb Tayyib Ərdoğan məsələni müttəfiqi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə müzakirə edib:
“Tərəflər xarici çağırışlar və digər amilləri nəzərə alaraq razılığa gəliblər ki, Bilal Ərdoğan noyabrda partiyanın rəhbərliyini öz üzərinə götürsün. Məsələ ilə əlaqədar AKP daxilində konsensus var. Partiya daxilində açıq etiraz edən olmayıb”.