Bircə Ankaranın qırmızı xəttini keçməyəsən...
Turan
08:15 14.07.2021
Siyasət
516
Türkiyə-İsrail yaxınlaşması, hətta dostluq münasibətləri hər iki ölkəyə böyük faydalar gətirəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni Prezidenti İshak Hersoq arasında telefon danışığı baş tutub. Türkiyə lideri bildirib ki, bütün fikir ayrılıqlarına baxmayaraq təmasların və dialoqun qorunması vacibdir. Ərdoğan vurğulayıb ki, beynəlxalq ictimaiyyət Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində həll olunacağını gözləyir: “Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malikdir. Fələstin-İsrail münaqişəsinin həllində atılan müsbət addımlar, Türkiyə ilə İsrail arasındakı münasibətlərin inkişafına da təkan verəcək”.
Yeni Prezident İshak Hersoqun Türkiyə siyasətinin Benyamin Netanyahudan fərqli olacağı artıq özünü doğruldur. Təbii ki, proses birdən-birə baş verə bilməz. Lakin qarşıdakı günlərdə Ankara ilə Təl-Əviv arasında buzların əriməsi gözlənilir. Ekspertlərin fikrincə, Türkiyə-İsrail münasibətləri tarixi ənənəyə əsaslanır. Tərəflər arasında hazırda ən kəskin və ziddiyyətli məsələ Fələstinlə bağlıdır. Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır. İsrail bu məsələdə Türkiyənin damarına basmayacağı təqdirdə Ankara ilə uzlaşa bilər.
AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə bildirib ki, Azərbaycan öz müttəfiqlərinin bir-biri ilə sıx əməkdaşlıq etməsində, yaxın münasibətlər qurmasında maraqlıdır. Partiya rəhbərinin sözlərinə görə, İsrail-Türkiyə, İsrail-Pakistan münasibətləri Qarabağ savaşından əvvəl heç də ürəkaçan deyildi:
“Bu dövlətlərin hamısı Qarabağ məsələsində bir araya gələ bildilər, Azərbaycanın yanında olmağı bacardılar. Rəsmi Bakı üzərindən həmin ölkələrə birlik və əməkdaşlıq imkanları açıldı. Təsadüfi deyil ki, Qarabağ müharibəsi bitən kimi Türkiyə-İsrail arasında hərbi-sənaye sahəsində əməkdaşlıq üzrə bir sənəd imzalandı. Azərbaycan buna zəmin yaratdı. Düşünürəm ki, İsrail nəhayət Türkiyənin regiondakı gücünü və Ankara hökumətinin Fələstin məsələsindəki həssaslığını real dəyərləndirəcək. Türkiyə-İsrail yaxınlaşması, hətta dostluq münasibətləri hər iki ölkəyə böyük faydalar gətirəcək. Təbii olaraq, Azərbaycanın maraqlarına da uyğundur”.
T.Abbaslıya görə, Türkiyə tərəfi bəyan edir ki, Təl-Əvivlə əlaqələrin normala dönməsi İsrailin Fələstinlə bağlı atacağı müsbət addımlarla birbaşa bağlıdır:
“Bu, Ankaranın qırmızı xəttidir. İsrail Fələstinə münasibətdə BMT-nin qayda-qanunları çərçivəsində davranacağı müddətdə Türkiyə ilə əlaqələr formalaşa bilər. İsraildə bəzi radikal qruplar Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirirdi. Yəqin, onlar da dərk edirlər ki, qardaş ölkə regional deyil, qlobal gücə çevrilib. Dünyanın geosiyasi qüvvəsinə çevrilib və aparıcı ölkələr Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalıb. Bu reallıq əvvəl-axır Təl-Əviv tərəfindən qəbul olunmalıdır. İnanmıram ki, bundan sonrakı dövrdə münasibətlər pisləşməyə doğru gedəcək. Türkiyə-İsrail əlaqələrinin ağır dönəmləri arxada qalıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya