Biz azad torpaqlarda Yaşıl Vətən qururuq
Yusif Nəzərli
17:34 02.11.2024
Siyasət
528
Avropa Birliyindən ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər
"COP və Qarabağ siyasətində bir çox dövlətin eyni simasızlığını görürük". Bunu Milli Məclisin plenar iclasında deputatı Zahid Oruc deyib. Deputat bildirib ki, neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir: "Mötəbər axtarış sistemi "Google Scholar"a görə, daş kömürü, qaz və neft kimi qalıq yanacaqları, yüksək sənayeləşmə və əhali artımı nəticəsində istiləşmə böhranını yaradan 5 ölkə - Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiya tarixdə rekord həddə - 37.55 giqaton karbon emissiyasının 60 faizini Yer kürəsinə yayan ölkələrdir. Yaxın Şərq, Qəzza, İraq, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür. Qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik. Dünyanı nüvə müharibəsinə çatdıranlar nəhəng medialarının əliylə məsuliyyəti başqasının üstünə atıb yeraltı sərvətlərinə görə ölkəmizi günahlandırmasınlar. Biz COP və Qarabağ siyasətində bir çox dövlətin eyni simasızlığını görürük. Son 34 ildə yüz milyonlarla ton neft və qaz ehtiyatlarımızı çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir. Avropa Birliyindən ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər. Lakin enerji inhisarçıları BP, "Şevron", "Exxon Mobil" və "Total"ın fəaliyyətini dayandırmağa gücləri çatmaz".
Parlament üzvü vurğulayıb ki, Prezident İlham Əliyev alternativ enerjini ölkəmizin əsas milli kursu elan edib. Qoy Qərb dövlətləri də bizə xalis sıfır texnologiyalı məhsulları satsınlar: "Embarqo və sanksiyalarla dünyada "Yaşıl terror" siyasəti aparan ölkələr günəş panellərini və külək turbinlərini ucuz qiymətə istehsal edən ölkələrin qarşısında ticarət baryerləri yaratmasınlar. Unutmayaq ki, 29 il əvvəl 1995-ci ildə COP-un ilk konfransının təşkil olunduğu Almaniyada enerji keçidinə qarşı böyük dağ-mədən, kimya, daş kömür sektorlarında çalışan 100 minlərlə işçi etiraza qalxmışdı. Ölkəmizdə neft əvəzinə günəş və külək enerjisi olmasın deyə, küçə və meydanlara çıxan yoxdur. Ona görə də bizi neft-qaz gəlirlərindən məhrum etməyə, Yaşıl Azərbaycan kursundan çəkindirməyə çalışanlar bütün Yer kürəsində dözülməz siyasi iqlimi düzəltməyə məhz Bakıdan başlasınlar. Axı Qarabağ hadisələri də ekoloji mənbədən - Topxana meşəsindən alovlanmışdı və elə orada da söndürüldü. Biz Zori Balayanların düşmənçilik ocağını Qayıdış və Varlıq İşığı ilə əvəz edirik. Biz azad torpaqlarda Yaşıl Vətən qururuq. Qoy, 44 günlük müqəddəs savaşda olduğu kimi, hər bir azərbaycanlı Amerikadan Avropaya qədər istismar olunan milyonlarla ton neftin, qazın və digər yeraltı sərvətlərin hesabını o dövlətlərdən soruşsun. İqlim Sammitini Sülh Zirvəsinə çevirməyə çalışan İlham Əliyevi müdafiə etmək Vətən müharibəsində Qələbəmizi qorumaq deməkdir!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə