BMT-nin Azərbaycandakı nümayəndəliyi Naxçıvan Muxtar Respublikasına edilən PUA (pilotsuz uçuş aparatı) hücumları ilə bağlı dəstək mesajı yayımlayıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.
"Düşüncələrimiz bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasında baş vermiş PUA hücumlarından zərər çəkənlərlədir. BMT-nin Azərbaycandakı komandası xəsarət alan 4 nəfərə tezliklə sağalmağı arzulayır",- paylaşımda qeyd edilib.