BMT rəsmisi: Azərbaycan Prezidenti çıxışında çox önəmli fikirlər səsləndirdi
17:48 26.09.2025
Siyasət
382
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı çox mühüm idi və o burada çox önəmli fikirlər səsləndirdi.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
Sözçü bildirib ki, Azərbaycanın BMT-nin Yüksək Səviyyəli Həftəsində ölkə başçısı səviyyəsində təmsil olunması Prezident İlham Əliyevin BMT-yə verdiyi dəyərin göstəricisidir:
"Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı çox mühüm idi və o burada çox önəmli fikirlər səsləndirdi. Hər dəfə bir ölkə öz təmsilçiliyini baş nazir və ya xarici işlər naziri səviyyəsindən dövlət başçısı səviyyəsinə qaldıranda bu həmin ölkə üçün BMT-nin və BMT üçün də o ölkənin nə qədər əhəmiyyətli olduğunun göstəricisidir".
S.Düjarrik BMT-nin Baş katibi Antoniu Quterreş ilə Prezident İlham Əliyev arasında baş tutan görüşdən və müzakirə olunan məsələrdən də bəhs edib:
"Azərbaycan sonuncu iqlim konfransına - COP29-a ev sahibliyi etmişdi. O, BMT-nin səylərində əsas tərəfdaş idi. Azərbaycan həmçinin uzun illərdir, çoxtərəfli diplomatiyaya çox böyük dəstək göstərməkdə davam edir. Təbii ki, Baş katib Prezident Əliyevlə görüşündə Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatdırılması nəticəsində əldə olunan nailiyyətləri vurğuladı. Bu isə digər regional münaqişələr üçün də ümid yaradır. Baş katib bu iki ölkə arasında sülhün Ermənistan və Azərbaycan xalqları, həmçinin region naminə davam etməsi üçün əlindən gələni edəcəyini bildirdi. Bu onların müzakirə etdikləri məsələlərdən biri idi".
Sözçü bildirib ki, Azərbaycan BMT-nin ən uğurlu üzv ölkəsidir:
"Azərbaycan Qoşulmama Hərakatına uğurlu sədrliyi,və COP29-da əldə etdiyi böyük uğurlarla çoxtərəfli diplomatiyaya töhfə göstərib. İndi isə Azəbaycan BMT-nin 2026-cı ildə Bakıda keçiriləcək Habitat konfransına hazırlaşır. Azərbaycan istər Qoşulmama Hərakatı, istər COP görüşü, istərsə də Habitat konfransı ilə BMT-yə tövhələr verməkdə davam edir. Bu, Azərbaycanın beynəlxalq ictimaiyyətin bir hissəsi olduğunun və çoxtərəfli diplomatiya sahəsində səylərimizin iştirakçısı olduğunun bariz göstəricidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə