
BMT TŞ toplanacaq! – Rusiya bu qurumdan çıxarılır?
Yusif Nəzərli
13:59 19.04.2022
Siyasət
739
BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclası keçiriləcək. Bu barədə TASS-a təşkilatdakı mənbə bildirib. O, toplantının aprelin 19-na təyin edildiyini qeyd edib. Ukraynanın işğalı ilə bağlı görüşlər, iclaslar, xüsusi toplantılar mütamadi olaraq keçirilir. Amma bunların nə dərəcədə effektiv olması sual altındadır. Ötən gün Ukrayna lideri Volodimir Zelenski də ölkədəki vəziyyətdən danışarkən silah tədarüklərinin gecikdiyini vurğulayıb . Zelenski bildirib ki, bu gecikmələr Ukraynada insanların həyatını ciddi şəkildə təhlükəyə atır.

Ukraynadakı vəziyyətlə bağlı baş tutan görüşləri “Sherg.az” şərh edən siyasi ekspert Asif Nərimanlı qeyd edib ki, Rusiya Ukraynanı işğal etməyə başladığı zamandan bəri bu cür görüşlər dəfələrlə keçirilib:
“Sonuncu dəfə Rusiyanın BMT İnsan Hüquqları Şurasında üzvlüyünü dayandırdılar. Lakin BMT səviyyəsində edə biləcəkləri yalnız budur. BMT Təhlükəsizlik Şurasının iclasları işlədiklərini göstərmək məqsədi daşıyır. Çünki hər kəs kimi, onlar da bilir ki, BMT TŞ-nın bir üzvünün veto qoyacağı istənilən məsələ qəbul edilmir. Mütləq şəkildə bütün üzvlər verilən qərarı dəstəkləməlidir. Bütün ölkələr qərarı dəstəkləsə belə, Rusiyanın veto qoymaq hüququ var. Rusiyanın BMT TŞ-dən çıxarılması çox çətin görünür. Belə görünür ki, bunun üçün bütün ölkələr təhlükəsizlik sistemi tamamilə dağıtmalıdır. Bu da BMT-nin faktiki dağılmasına gətirib çıxara bilər”.
Ekspertin sözlərinə görə, iclasların məqsədi təkcə işlədiklərini nümayiş etdirməkdir:
“BMT-nin mövcud olduğu və TŞ-nın mexanizmləri işlədiyi müddətdə Rusiyaya qarşı nəsə etmək mümkün deyil. O baxımdan, bu cür tədbirlərın məqsədi yalnız işlədiklərinin görüntüsünü yaratmaqdır.
Həm də müəyyən qədər təzyiqlərlə nəticəyə nail olmaq çalışırlar. Lakin bu çətin görünür və indiki situasiyada Rusiyaya beynəlxalq səviyyədə hər hansısa qərar vermələri inandırıcı deyil.
Hətta beynəlxalq məhkəmələrdə soyqırımı, müharibə cinayətləri kimi məsələlər gündəmə gəlir ki, bunlar yalnız qərar kimi qəbul oluna bilər. Verilən qərarların reallaşması isə çətin məsələdir ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya