BTQ-nin icraçı direktoru Beynəlxalq Dekolonizasiya Cəbhəsinin qurultayında çıxış edib
10:05 24.01.2025
Siyasət
263
“Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qurultayında çıxış etmək mənim üçün şərəf və imtiyazdır”.
APA xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qurultayına videomüraciətində bildirib.
Onun sözlərinə görə, Qurultayın Kanakidə keçirilməsi simvolik əhəmiyyətə malikdir: “2024-cü ildə bütün dünya Kanakidə baş verən faciəvi və ədalətsiz hadisələrin şahidi olmuşdur. Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırmiş və bu qəddar basqılar, o cümlədən 13 günahsız insanın həyatını itirməsi və 200-dən çox insanın yaralanması müstəmləkəçiliyin aradan qaldırılması məsələsində dünya ictimaiyyətinin təcili müdaxiləsinə və həmrəyliyinə ehtiyacın olduğunu bir daha göstərmişdir.
Mən fəxrlə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pisləmiş və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etmişdir. Bundan əlavə, Bakı Təşəbbüs Qrupu tərəfindən dərhal beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlamış və Kanak xalqına qarşı törədilən vəhşiliklər dünya ictimaiyyətinə çatdırmışdır. Birgə səylərimiz nəticəsində dünya ictimaiyyəti qısa müddət ərzində bu vəhşiliklərdən xəbərdar olmuşdur”.
Abbas Abbasov qeyd edib ki, müstəmləkəçilikdən əziyyət çəkən regionlarda baş verən hər bir hadisə kütləvi insan haqları pozuntuları ilə müşayiət olunur: “Sistemli təzyiqləri aradan qaldırmaq və ədaləti bərpa etmək üçün beynəlxalq töhfələrə ehtiyacımız vardır. Azadlığa nail olmaq o qədər də asan deyil və fədakarlıq tələb edir.
Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılması və sonrakı fəaliyyətə göstərdiyi dəstəyi vurğulamaqdan böyük qürur duyuram. Bu Cəbhə həmrəyliyin gücünü nümayiş etdirən bir nümunə, eləcə də dialoq, fəaliyyət və birgə missiyamızın gücləndirilməsi üçün platformadır. Bugünkü Konqres müstəmləkəçiliyin nəticələrini, neokolonializmə qarşı mübarizəni, qlobal çağırışları və əlbəttə ki, mümkün həll yollarını müzakirə etmək üçün qiymətli bir fürsətdir. Əminəm ki, bu tədbirdəki müzakirələr müstəmləkəçiliyə qarşı mübarizədə birgə səylərin səfərbər olunmasına töhfə verəcəkdir.
Biz mübarizəmizi davam etdiririk, mübarizəmiz yalnız bu gün üçün deyil, gələcək nəsillər naminədir. Çünki bizim fəaliyyətimizin mirasını onlara keçəcəkdir. Biz yalnız ədalət və bərabərlik uğrunda birgə mübarizəmizdə deyil, eyni zamanda bütün xalqların ləyaqətinin tanınmasına sarsılmaz bağlılıq məsələsində də birləşməyə davam etməliyik. Qoy, bu Qurultay hər birimiz üçün fəaliyyət çağırışı olsun – bizi müstəmləkə hökmranlığından azad, bütün xalqların öz gələcəklərini müəyyənləşdirmək gücündə olduğu bir dünya naminə mübarizəni davam etdirməyə dəvət etsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət