
Cəsusbaz Fransa: Parisin addımları sülhə qarşıdır
Yusif Nəzərli
01:55 12.01.2024
Siyasət
607
Casus şəbəkəsinin ifşası Fransanın nüfuzunu və Qafqazdakı təsirini azaldacaq
Xəbər verdiyimiz kimi, Fransanın Azərbaycanda həbs edilən casuslarından birinin kimliyi məlum olub. Həmin şəxs "Merkorama" MMC-nin baş direktoru Martin Rayandır. O, Azərbaycana qarşı casusluqda ittiham olunaraq Bakıda həbs olunub. Rayan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın Xarici Kəşfiyyat Baş İdarəsi agenti tərəfindən istifadə edilib.
Siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Fransanın ölkəmizdə agentura şəbəkəsi qurması, şübhəsiz ki, Parisin qeyri-səmimi siyasətinin və sülhə qarşı olmasının təsdiqidir. Onun sözlərinə görə, zəif Ermənistanın Azərbaycanda agent şəbəkəsini yaratması qeyri-mümkündür. O səbəbdən fransalı dostları ermənilərə yardım etmək qərarına gəliblər:

"Təbii ki, Fransa özü də məkrli maraqları naminə Cənubi Qafqazda casus şəbəkəsi saxlamaqda maraqlıdır. Erməni lobbisinin bu agentlər vasitəsilə Ermənistana məlumatlar ötürməsi də istisna edilmir. Avropa ölkələrinin belə cəhdlərə təşəbbüs etməsi, bir qədər əvvəl də İran casus şəbəkəsinin ifşası və zərərsizləşdirilməsi Fransa və İranın gizli ideoloji ortaq maraqlarının olmasını inkar etmir. Ən azı İran və Fransanı Azərbaycana və Türkiyəyə qarşı apardıqları siyasət birləşdirir. Ermənistana dəstək məsələsində də eyni hədəfə vururlar. Lakin uzun illər Qarabağ məsələsində ATƏT-in Minsk qrupunun üzvü kimi hərəkətsizliyi və Ermənistana münbit işğal şəraiti yaratması 44 günlük savaşda iflasa uğradı. Odur ki, Fransanın nəyisə diktə etmək şansı əldən çıxdı. Fəqət şəbəkənin ifşası Fransanın nüfuzunu və Qafqazdakı təsirini azaldacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm