Ceyhun Bayramov BMT-nin Baş katibinin müavini ilə görüşüb
07:39 04.07.2025
Siyasət
339
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiah Aliscahbana ilə görüşüb.
Bu barədə Sherg.az-a XİN-dən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
UNESCAP-ın icraçı katibi zirvə toplantısına dəvətə və ölkəmizin 2026-cı ildə UNESCAP-ın 82-ci sessiyasına ev sahibliyi təşəbbüsünə görə minnətdarlığını bildirib.
Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, ölkəmizin BMT-nin missiyasına verdiyi töhfələr, o cümlədən 2023-cü ildə Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü münasibətilə zirvə toplantısına, 2024-cü ildə isə BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb.
Tərəflər arasında iqlim dəyişikliyi və yaşıl enerji, nəqliyyat dəhlizləri, texnologiyalar və rəqəmsallaşma kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər qlobal inkişaflar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi