Türkiyənin ana müxalif partiyası CHP-də genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib.
Sherg.az xəbər verir ki, partiya sədri Kamal Kılıçdaroğlunın rəhbərliyi ilə keçirilən Mərkəzi İdarə Heyətinin (MYK) iclasında bir sıra il təşkilatlarının rəhbərləri vəzifədən uzaqlaşdırılıb, altı nəfər barəsində isə intizam prosesi başlanıb.
Partiya sözçüsü Müslim Sarı bildirib ki, üç hazırkı və üç keçmiş il sədri Yüksək İntizam Şurasına göndərilib. Bundan əlavə, Erzurum, Bursa, Bitlis, Qaziantep, Adana, Malatya, Ankara və İzmir təşkilatlarının rəhbərlikləri ləğv edilərək yeni təyinatlar həyata keçirilib.
CHP-də qadın qollarının rəhbərliyi də dəyişdirilib. Mövcud rəhbərlik vəzifədən uzaqlaşdırılıb və yeni rəhbər təyin olunub.
Partiya rəhbərliyi həmçinin növbəti qurultaya hazırlıq məqsədilə altı nəfərdən ibarət xüsusi komissiya yaradıb. Komissiyanın yaxın vaxtlarda qurultayın keçirilməsi ilə bağlı təqvimi açıqlayacağı gözlənilir.