Çöhrəqani illər sonra Azərbaycan televiziyalarına müsahibə verdi - VİDEO
Yusif Nəzərli
10:49 05.11.2022
Siyasət
371
Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqani illər sonra Azərbaycan televiziyalarına müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, hazırda ABŞ-da yaşayan siyasətçi AZTV və İTV-də İrandakı son prosesləri şərh edib. AZTV-nin “Əsas məsələ” verilişinə canlı efirə qoşulan siyasətçi ABŞ Prezidenti Co Baydenin İrandakı proseslərlə bağlı dediyi “iranlılar özləri özlərini azad edəcəklər və biz də prosesə dəstəyimizi göstərəcəyik” fikrinə münasibət bildirib.
M. Çöhrəqani qeyd edib ki, bəlkə də, İranda bizim gözlədiyimizdən tez inqilab ola bilər: ”Biz diqqətli olmalıyıq. Bu rejimi o qədər fəsad bürüyüb ki. Yetər kəlməsini işlətməliyik. 100 illik təhqir, həqarət, istismar yetər. Ən ibtidai haqlarımızdan məhrum olmağımız yetər. Ana öz doğduğu uşağına laylay çaldığı dildə ad qoya bilmir. 70 min erməniyə Tehranda abidə qoydular. 300 min güney azərbaycanlı İran-İraq müharibəsində şəhid oldu. Bu azərbaycanlının nə haqqı var, ey molla rejimi? 35 milyon azərbaycanlı, 43 milyon İran türkünün ana dilinin əlifbasını öyrənməyə haqqı yoxdur, mədəniyyət mərkəzi qurmağa haqqı yoxdur. Buna “yetər” deməliyik və bu rejimin qarşısına nə lazımdı verəcəyik”.
Qeyd edək ki, M. Çöhrəqani 2001-ci ildə İranı tərk edəndən sonra bir neçə ay Azərbaycanda qalıb. Sonradan ABŞ-a köçən siyasi lider Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət