Cövdət Yılmaz Azərbaycana gəlib

Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.

Sherg.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Türkiyənin vitse-prezidenti bu gün Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək. Cövdət Yılmazın bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.