
Damokl qılıncı: Ermənistan KTMT-ni tərk etməyə risk etmir - Şərh
10:46 01.02.2024
Siyasət
508
Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahədə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əməkdaşlıq olmadan mümkün deyil.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin KTMT ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib.
“Rusiya Qərbin Ermənistandakı vəziyyətdən istifadə edərək təkcə orada deyil, bütün Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərini görür. Ermənistan tərəfinin diqqətini Qərbin bu siyasətinə yönəltmək üçün KTMT çərçivəsində müzakirələr aparılır”, - Vasilyev bildirib.

Ermənistan və KTMT arasında yaşananları "Sherg.az" üçün dəyərləndirən Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın KTMT-dən gözləntilərinin çox böyük olduğunu, amma narazılıqlarının da azalmadığını söyləyib:
"İkinci Qarabağ müharibəsində Ermənistan KTMT-nin onu qoruyacağını düşünürdü. Lakin gözlədikləri kimi olmadı, çünki Azərbaycan öz ərazisində savaşırdı. Bu səbəbdən İrəvanda sözügedən təşkilata qarşı narazılıqlar səngimir. Bütün yaşananlara rəğmən Ermənistan KTMT-ni tərk edə bilmir. Buna səbəb alternativinin olmamasıdır. Belə ki, Paşinyan Qərblə yaxınlaşmaq üçün çox çalışır, amma Qərb Ermənistana təhlükəsizlik təminatı verə bilmir. Nəticə etibarı ilə Ermənistan hakimiyyət mənsubları KTMT və Rusiyanı nə qədər sərt tənqid etsələr də təşkilatı tərk etməyə risk etmirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol