Deputatdan REAKSİYA: "Fransanın “Jandarm kartı” vəziyyəti gərginləşdirir"
Yusif Nəzərli
14:27 09.02.2023
Siyasət
463
Səməd Seyidov: “Rəsmi İrəvan belə bir şeyə icazə verməklə özünü ağır vəziyyətə salır. Birtərəfli qəbul edilmiş bu qərarı pisləyirəm”
İran Avropa İttıfaqının müşahidə missiyası və Fransa jandarmlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil.
Bunu jurnalistlərə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel missiyaya yüzədək müşahidəçi və Fransa jandarmlarının daxil olduğunu bildirib. Fransada jandarm ölkənin silahlı qüvvələrinin bir hissəsidir və Müdafiə Nazirliyinə tabedir.
“Le Figaro” qəzetinin baş redaktorunun müavini Jan Kristof Buisson isə Fransa hərbi missiyasının Ermənistana göndərilməsinin mümkün olduğu barədə məlumat paylaşıb.
Fransanın Azərbaycana müdaxilə etmək iqtidarında olmadığını deyən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a bildirib ki, rəsmi Parisin Avropa Birliyi tərəfindən göndərilən missiyanın tərkibinə "Jandarm" ları daxil etməsi faktiki vəziyyəti daha da gərginləşdirmək deməkdir:
"Onsuz da Fransa bu istiqamətdə xeyli addımlar atıb. Yəni danışıqların pozulması, qeyri-konstruktiv şəkildə aparılması və missiyanın göndərilməsi ilə bağlı Aİ-yə təzyiqlər göstərib. İndi isə Fransada hərbçi statusuna malik "Jandarm" ların mülki missiyanın tərkibinə daxil edilməsi prosesi daha da çıxılmaz vəziyyətə salaraq sülh müqaviləsinin imzalanmasına mənfi təsir göstərəcək. Bu ilk növbədə Ermənistanın vəziyyətini gərginləşdirəcək. Rəsmi İrəvan belə bir şeyə icazə verməklə özünü ağır vəziyyətə salır. Birtərəfli qəbul edilmiş bu qərarı pisləyirəm. Hesab edirəm ki, Fransa bunu etməklə nəinki özünü kənarlaşdırır, o cümlədən də regiondakı sabitliyi pozmaq istiqamətində növbəti addımı atır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət