Diaspor gəncləri Zəfər Günü münasibətilə videoçarx hazırlayıblar - VİDEO
Yusif Nəzərli
09:57 08.11.2022
Siyasət
271
Azərbaycan Diaspor Gəncləri (ADG) platformasının 8 Noyabr – Zəfər Gününə həsr olunmuş onlayn formatlı tədbiri keçirilib.
40 ölkədən 60-a yaxın fəal diaspor gəncinin qatıldığı onlayn görüş ADG platformasının üzvü, Vroslav Universitetinin doktorantı Suliddin Bağırovun moderatorluğu ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Emin Rüstəmov Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri sayılan Zəfər Günü münasibətilə gənc soydaşlarımızı təbrik edib.
Sonra Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Hərbi Dəniz Qüvvələrinin “Sualtı Hücum” Dəniz Xüsusi Təyinatlılarının zabiti, 3-cü dərəcəli kapitan Babək Şirinov, ADG platformasının üzvü, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nigar Cəfərova çıxış ediblər.
Natiqlər İkinci Qarabağ savaşında keçilən döyüş yolundan, Ordumuzun Şuşa, Xudafərin, Qubadlı və Xocavənd istiqamətində nümayiş etdirdiyi igidlikdən, Ramiz Cəfərovun şücaətindən və Şuşada şəhid olmasından danışıblar. Diaspor gənclərinin birliyinin əhəmiyyətinə diqqət cəlb edilib.
Tədbir diaspor gənclərinin Zəfər Günü ilə bağlı hazırladıqları videoçarxın təqdim olunması ilə yekunlaşıb. ABŞ, Kanada, Böyük Britaniya, Rusiya, Belarus, Fransa, Niderland Krallığı, Finlandiya, Fransa, İsveçrə və Özbəkistanda yaşayan gənc soydaşlarımız hazırladıqları videoçarxda “Mən qalib xalqın nümayəndəsiyəm. Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!” deyərək, şanlı qələbəmizlə bağlı ürək sözlərini və xoş arzularını xalqımıza çatdırıblar.
Qeyd edək ki, videoçarx ADG platformasının Gürcüstandan olan üzvü Almaz Nadiroğlunun və 10-dan çox ölkədən olan ADG üzvlərinin iştirakı ilə “Real News Media Holding” və Azərbaycan Diaspor Gəncləri paltformasının birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət