Donald Tramp Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla münasibətləri haqda danışıb.

APA xəbər verir ki, o, bu məsələyə “Sülh Şurası”nın ilk iclasında toxunub.

“Düşünürəm ki, onlar dost oldular. Onlar çətin, amma gözəl insandırlar. Onlar yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar, sonra qucaqlaşdılar və sülhə imza atdılar”, - Tramp Azərbaycan və Ermənistan liderlərini nəzərdə tutaraq bildirib.

Tramp “32 il davam edən münaqişəyə 24 saat ərzində son qoyduğunu” deyib.

Tram hər iki liderə sülhə doğru getdikləri üçün minnətdarlığını bildirib.