
Dünyanın diplomatik mərkəzi - Azərbaycan!
22:08 01.05.2024
Siyasət
440
Ümumbəşəri məsələlər Bakıda müzakirə olunur “Bu qədər qonaqların Azərbaycanla tanışlığı ölkəmiz haqqında dünya ictimaiyyətində təəssüratın genişlənməsinə səbəb olacaq"
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forumda “Bakı Prosesi”ndən və Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs edən film nümayiş olunub. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan dünyanın diplomatik mərkəzinə çevrilməkdədir. Deputat vurğulayıb ki, Bakıda il ərzində bir neçə beynəlxalq tədbir keçirilir, çoxsaylı qonaqlar gəlir:

"Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə müxtəlif məsələlər müzakirə olunur. Mühüm məqamlardan biri odur ki, müzakirələr təkcə regionla məhdudlaşmır. Dünyanın ümumbəşəri məsələləri də əsas müzakirə mövzularına çevrilir. Panellərdə müxtəlif fikirlər söyləmək, polemika etmək mümkündür. Tədbirlərin digər özəlliyi odur ki, hansı ölkədə keçirilməsindən asılı olmayaraq, qonaqlar səfər etdikləri ölkənin mədəniyyəti və tarixi ilə yaxından tanış olurlar. Azərbaycanın qonaqlara göstərəcəyi çox şey var. Bu, Azərbaycanın qədim tarixi ilə yanaşı, eyni zamanda göz oxşayan müasirliyidir. Azərbaycanın inkişafı üçün atılan çoxsaylı addımlarla bağlı tədbir iştirakçıları məlumatlar əldə edəcəklər. Nəinki məlumat alacaqlar, öz gözləri ilə görəcəklər".
Parlamentari qeyd edib ki, qonaqlar Şuşaya, Ağdama səfərlər zamanı həm erməni işğalının nəticələrinə, eyni zamanda aparılan sürətli quruculuq işlərinə şahidlik edəcəklər: "İki mədəniyyətin müqayisəsini görəcəklər. Şuşada təkcə məscid bərpa edilmir, həmçinin xristian kilsəsi də bərpa edilir və şəhərin görkəmli yerində ucalır. Ağdam tamamilə məhv edilmişdi, məscid isə hərbi məqsədlər üçün istifadə edilirdi. Amma qonaqların qarşısında hazırda quruculuq və bərpa işlərinin nəticələri olacaq. Yeni yaşayış massivləri, müxtəlif istiqamətli obyektlər inşa olunur. Mədəniyyət ocaqları, universitetlər, orta məktəblər, istirahət yerləri bir daha Azərbaycanın qurub-yaradan ölkə olduğunun göstəricisidir. Şübhəsiz, Forum yüksək səviyyədə keçirilir. Qonaqların da Azərbaycanla tanışlığı ölkəmiz haqqında dünya ictimaiyyətində təəssüratın genişlənməsinə səbəb olacaq".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya