Əfqanıstandakı partlayışların "pultu" kimin əlindədir?
Yusif Nəzərli
12:16 19.10.2021
Siyasət
118
Əfqanıstandakı partlayışlar, demək olar, silsiləvi xarakter alıb. Az qala, hər gün bir oxşar xəbər eşidirik. Əlbəttə, od olmayan yerdən tüstü çıxmaz. Böyük ehtimalla partlayışlar uzaqdan idarə olunur. Elə isə "pult" kimin əlindədir?
Məlumdur ki, müxtəlif dünya dövlətlərinin Əfqanıstanla bağlı mövqeləri fərqlidir. Rusiyanın narahatlığı ilə müxtəlif rəsmi şəxslərin dilindən dəfələrlə etiraf olunub. Əlbəttə, rəsmi Moskva Taliban hökumətinin möhkəmlənməsini istəmir. Çünki bu, onun Mərkəzi Asiyadakı təsir dairəsi üçün təhlükədir. Bu mənada Kreml Əfqanıstana birbaşa müdaxilə etməkdən çəkinsə belə, Talibanı zəiflətməkdən ötrü hər şey etməyə hazırdır. Yəni partlayışların bizim şimalımızdan idarə olunması mümkündür. Ola bilsin, Rusiya Talibana mesaj vermək istəyir ki, mən asan "loxma" deyiləm. Əlbəttə, bu həm də gözdağı xarakteri daşıya bilər: inadkarlıq edib, hakimiyyətini legitimləşdirməyə çalışsan, problemlər başından aşacaq, bu, hələ başlanğıcdır. Eyni zamanda Moskvanın həm də Vaşinqtona ismarıc verərək "Məni asanlıqla ram edə bilməzsən" deməsi də istisna deyil.
Şübhəsiz, Əfqanıstanda çaxnaşma yaratmaq, sonra dəfələrlə işlənmiş "kart"dan- sülhməramlı missiyası ssenarisindən istifadə edərək ölkəyə girmək Rusiyanın ürəyincədir. O, beləliklə həm vəziyyəti nəzarəti altında saxlaya, həm də potensial təhdidlərdən özünə qoruya bilər. Ancaq gərək Moskva, həqiqətən, xoş niyyətlə ölkəyə girsin, müqavimətçilərlə Talibançılar arasındakı toqquşmaların qarşısını alacağını əməldə göstərsin, təcavüzkarlıq etməsin. Əks halda bu, ona baha başa gələ bilər.
İkinci bir ehtimal "dirijorun" ABŞ- ın olmasıdır. Belə ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması daxildə Bayden administrasiyasına qarşı müəyyən narazılıqlara səbəb oldu. Ola bilsin, Bayden yenidən Əfqanıstana girmək üçün zəmin yaradır.
Üçüncü versiya partlayışların arxasında məhz müqavimətçilərin, həmçinin taciklərin dayanmasıdır. Onsuz da taciklər hakimiyyətdə təmsil olunmadıqlarına görə əfqanlarla aralarındakı münasibət gərgindir.
İstənilən halda, "pərdəarxasında" kimin olmasından asılı olmayaraq, Talibanın işi asan deyil. Böyük ehtimalla, oxşar hadisələr hələ təkrarlanacaq. Müvəqqəti hökumət buna müqavimət göstərmək üçün tez bir zamanda xarici əlaqələrini qurmalı, hakimiyyətini legitimləşdirməli, özünə müttəfiqlər tapmalıdır. Əks halda onun köhnə kəndə yeni adət gətirməsinə icazə verməzlər...
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət