Ekspert Rəisinin səmimiyyətinə inanmır
Banuçiçək Kalbalıyeva
11:18 15.07.2021
Siyasət
1007
“İranın xarici siyasət kursunu ölkənin ali rəhbəri və rəhbərlik institutu formalaşdırır”
“Prezident isə hökumət başçısıdır və ali icraedici orqanın rəhbəridir”
“Siyasətdə səmililik axtarmaq əbəsdir”
İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Azərbaycan Prezident İlham Əliyevi təbrik edib. Bununla bağlı İranın Azərbaycandakı Səfirliyi “Twitter” hesabında paylaşım edib.
Seyid İbrahim Rəisi bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir. İranın yeni seçilmiş prezidentinin sözlərinə görə, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.
Politoloq Sədrəddin Soltan sözügedən təbriki “Sherg.az”a şərh etdi:
“Bu, yeni bəyanat deyil. Görünür, Rəisi əvvəlki prezidentlərin Azərbaycanla bağlı mövqelərini davam etdirəcək. Ümumiyyətlə, İranın xarici siyasət kursunu ölkənin ali rəhbəri və rəhbərlik institutu formalaşdırır. Prezident isə hökumət başçısıdır və ali icraedici orqanın rəhbəridir. Əlbəttə, regional dövlətin hökumət başçısının bu ifadəni işlətməsi təqdirəlayidir. Lakin siyasətdə səmililik axtarmaq əbəsdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm