Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb
Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb
11:45 25.09.2024
Siyasət
323
Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sherg.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın bütün spektri üzrə dinamik inkişafın təmin edilməsində dövlət başçılarının əsas rolu bildirilib.
Bildirilib ki, iki ölkənin Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində, o cümlədən təcrübə mübadiləsi və təlimlərin keçirilməsi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri yaradılıb.
Azərbaycan və Belarus Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı il tarixli Əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə 2025–2027-ci illər üçün Kompleks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, yanğınsöndürmə texnikasının tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm