Əliyevin mesajı: Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər
05:08 09.11.2022
Siyasət
425
"Prezident İlham Əliyevin Şuşadakı çıxışında Qarabağla bağlı üç gözlənti ön plana çıxır".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Şərhçi birinci gözləntinin nədən ibarət olduğunu da aşıqlayıb: "Bakı sülhməramlıların qalması üçün müraciət etməyəcək;
“Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
A.Nərimanlı vurğulayır ki, Əliyev burada iki mesaj verir:
"Ermənistana sülhməramlıların 5 ildən sonra çıxacağını və buna uyğun davranmağı tövsiyə edir;
Sülhməramlılar 5 ildən sonra (2025-ci il) çıxarılacaq: proseslərin inkişafının bu məsələyə təsiri olacağı istisna deyil, lakin Bakı artıq indidən “sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyinin” anonsunu verir;
Bunun sülhməramlıların müddətinin uzadılması məsələsinin müzakirə edildiyi Soçi görüşündən sonra dilə gətirilməsi də diqqətçəkən məqamdır. Əliyev Putin və Paşinyanın bu istəyini yaxın buraxmadı və eyni mövqeyi yenidən təkrarlayır.
İkincisi, Qarabağda erməni silahlı dəstələrinə qarşı praktiki addımlar atıla bilər;
Əliyev erməni qoşunların tam çıxarılmasını tələb edir və anti-terror əməliyyatının ola biləcəyinin mesajını verir, “Fərrux”, “Qisas” əməliyyatlarını da buna nümunə olaraq göstərir.
Bu mesajı əvvəlkilərdən fərqləndirən məqam son baş verənlərdir: Xankəndidəki təxribat mitinqi, Laçın dəhlizi ilə silahın daşınması faktının gündəmə gəlməsi, orduya separatçıların hərəkətinin izlənilməsi tapşırığı fonunda Əliyevin dedikləri praktiki addımların atılması gözləntisini artırır;
Üçüncüsü, Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər;
Bakı Ermənistanın Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini yerinə yetirməməsinə qarşı Qarabağdakı emənilərin istifadə etdiyi Laçın yolunun “toxunulmazlığının” pozulacağına işarə edir. Soçi görüşündən sonra dəhlizdən silah-sursatın daşınması faktının ortaya çıxması da bu istiqamətdə əsaslar yaradır.
Əliyevin fikirlərindən çıxan ümumi nəticə: qarşıdakı dövrdə Azərbaycan ordusunun proseslərə müdaxiləsi mümkündür".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya