Elmar Məmmədyarov: Sülh müqaviləsi məhz Azərbaycan-Ermənistan sərhədində imzalanmalıdır
13:02 15.04.2025
Siyasət
464
Biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq.
Bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV telekanalına verdiyi müsahibəsində səsləndirib.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün münasib zamanın olub-olmaması ilə bağlı sualı cavablandıran Mirzoyan deyib:
“Əgər etiraz etmirsinizsə, bu suala bir qədər fərqli cavab verməyə çalışacağam. Hazırda bunun üçün uyğun vaxtdır deyə bilmərəm. Ola bilsin, heç vaxt ideal bir zaman olmayacaq, amma əminliklə deyə bilərəm və düşünürəm ki, türkiyəli və azərbaycanlı həmkarlarım da bunu təsdiqləyərlər: biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq. Mövcud vəziyyəti dəyərləndirsək, demək olar ki, biz sülhə və sabitliyə heç vaxt indiki qədər yaxın olmamışıq”.
Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq.
O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a bildirib ki, Nikol Paşinyanın çıxışı ilk növbədə daxili auditoriyaya hesablanıb:
"Ermənistanda sülhün əleyhinə çıxan qüvvələr var. Ona görə də Baş nazir belə bir bəyanatla daxili auditoriya üçün mesaj göndərib. Lakin 2 şərt- Ermənistan Konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması baş tutmasa, sülh sazişi imzalana bilməz. Çünki Paşinyan hakimiyyətdən getsə, yerinə gələcək digər qüvvələr deyə bilərlər ki, "sülh sazişi konstitusiyaya ziddir". Digər tərəfdən inanmıram ki, hazırda Minsk qrupu ləğv edilsin. Bu, sülhün imzalanması ilə bağlıdır. Çünki ATƏT-də sözügedən məsələnin müzakirəsində Fransa, ABŞ kimi ölkələr deyəcək ki, sülh sazişi yoxdursa, nəyə görə Minsk qrupunu ləğv edək ?"
Müsahib əlavə edib ki, iki ölkə arasında sülhün imzalanmasıyla Minsk qrupunun ləğvinin eyni anda olması da mümkündür:
"Artıq bəllidir ki, ATƏT-in Minsk qrupu fəaliyyət göstərmir. Çünki münaqişə de-fakto həll edilib. Lakin onun de-yure həlli üçün Minsk qrupunun ləğvi vacibdir".
Elmar Məmmədyarovun sözlərinə görə, sülh müqaviləsi məhz Azərbaycan-Ermənistan sərhədində imzalanmalıdır:
"Əgər məsələni üçüncü ölkəyə daşısaq, həmin dövlət tərəfindən siyasiləşdiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya