Elxan Şahinoğlu: 8 kənd geri qaytarılacaq və Zəngəzur dəhlizi açılacaq
04:05 06.03.2024
Siyasət
509
Bunun qarşılığında Ermənistan müxtəlif regional layihələrə qoşulması təklifini verə bilər
“Qara dəniz layihəsinə qoşulmaq və Azərbaycandan qaz almaq təklifinin müəllifi Nikol Paşinyandır”
Hələ də Ermənistanın işğalı altında olan Yuxarı Əskiparaya girmək istəyən “Döyüş qardaşlığı” birliyinin üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyan saxlanılıb və bir daha kəndə girməmək şərti ilə azad ediliblər. Təşkilaın üzvü Hrant Ter-Abramyan bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan həmin kəndlərin, yəni Qazaxın 7 və Naxçıvanın 1 kəndinin Ermənistan ərazisinə daxil olmadığını bildirib: "Bu isə o deməkdir ki, həmin ərazilər Azərbaycana məxsusdur". Onların kənd sakinləri ilə təlim keçməsinə imkan verilmədiyini söyləyən Ter-Abramyan iddia edib ki, polis saxlanılanlara o kəndlərin ermənilərə aid olmadığını deyib. Qeyd edək ki, Nikol Paşinyan Azərbaycana aid 8 eksklavın Ermənistanın 29,8 min kv.km ərazisinə daxil olmadığını bildirmişdi.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da, rəsmi Bakının 8 kəndin geri qaytarılması və Zəngəzur dəhlizi ilə bağlı tələblərini yerinə yetirmək istəmir. Ancaq Paşinyan onu da anlamamış deyil ki, tələblərin yerinə yetirilməməsi növbəti toqquşmaya səbəb olacaq ki, itirən yenə Ermənistan olacaq:
"Görünür, Paşinyan Azərbaycanın tələblərinin yerinə yetirilməsi qarşılığında nəsə əldə etmək istəyir ki, erməni cəmiyyətinə əldə edəcəyinin ölkəsi üçün faydasını izah edə bilsin. Paşinyana nə təklif oluna bilər? Kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizinin açılması qarşılığında Ermənistanın müxtəlif regional layihələrə qoşulması təklif edilə bilər. Ermənistan rəsmiləri Qara dənizin dibi ilə çəkiləcək enerji xəttinə qoşulmaq istədiklərini bildiriblər. Həmin layihənin müəllifi Azərbaycandır. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan ötən ilin oktyabrında Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı iki ölkə arasında fikir ayrılıqları ortadan qaldırıldıqdan sonra ölkəsinin Azərbaycandan qaz almaq istədiyini demişdi".
Ekspert diqqətə çatdırıb ki, Qara dəniz layihəsinə qoşulmaq və Azərbaycandan qaz almaq təklifinin müəllifi Nikol Paşinyandır:
"O özünün səsləndirə bilmədiyi təklifləri nazirləri və nazir müavinləri vasitəsilə gündəmə gətirir. Bunlar reallaşarsa, Ermənistanın iqtisadi zəmində Azərbaycandan asılılığı artacaq. Rəsmi Bakı Paşinyanı Azərbaycanın tələblərini yerinə yetirməsinə həvəsləndirmək üçün bir açıqlama verə bilər. Azərbaycanın 8 kəndini geri qaytardıqdan və Zəngəzur dəhlizinə maneəsiz keçidə razılaşandan sonra Qara dənizin dibi ilə keçəcək alternativ enerji layihəsi və Azərbaycandan qaz alınması mövzularının Ermənistanla müzakirələrinə başlanıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media