Əndazəni aşdılar
Yusif Nəzərli
08:10 19.10.2021
Siyasət
360
Rus sülhməramlıları Qarabağda erməni uşaqlara savaşı təbliğ edirlər
Çalışmalıyıq ki, 5 ili tamam olmadan rus qoşunlarını Qarabağdan çıxaraq
Rusiya sülhməramlıları müxtəlif adlar altında bölgədəki ermənilərə hərbi xarakterli təlimlər keçirir. Ötən gün rus hərbçiləri mülki müdafiə adı altında keçirdikləri təlimlərə 100-dən çox erməni məktəbli və gəncini cəlb ediblər.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, sülhməramlı kontingentin Humanitar Müdaxilə Mərkəzinin hərbçiləri Xankəndindəki məktəbdə “sülh və təhlükəsizlik” dərsləri keçiblər. Rus hərbçiləri İkinci Dünya müharibəsi tarixinə qısa ekskursiya ediblər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Zadorojnı bildirib ki, təlimlərin əvvəlində gənclərə cəsarət, sülh dərsləri, qəhrəmanlğa həsr olunmuş dərslər keçirilib. Xatırladaq ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti bir neçə dəfə hərbi təlim keçirib. Bununla yanaşı, qanuni missiyalarından kənar demək olar ki, hər işə əl atıblar. Torpaqlarımızı ermənilərlə, erməniləri də mənzillərlə təmin ediblər. Üstəlik, ara-sıra humanitar yardım da göstəriblər. İndi isə erməni yeniyetmələri hərbi təlimlərə cəlb edərək, “sülh” adı altında müharibədən danışır, savaşı təbliğ edirlər.
Sülhməramlıların özbaşınalığı barədə “Şərq”ə danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, rus hərbçilər Qarabağda sülhyaratma missiyasından savayı bütün işlərlə məşğul olur. Partiya rəhbəri vurğulayıb ki, rus hərbçiləri Qarabağda sülhü təsis etmək və bölgədəki qanunsuz erməni silahlılarını tərksilah etmək məqsədi ilə yerləşdirilib:
“Qarabağda rus sülhməramlılarından başqa silahlı şəxs olmamalıdır. “Artsax” adlı terror təşkilatının silahlı dəstələri hələ də ərazilərimizdə at oynadır, Azərbaycan hərbçilərini hədəf alır, əsgərlərimizə atəş açırlar. Sülhməramlıların əsas vəzifəsi erməni terrorçularını yerindəcə zərərsizləşdirməkdir. Ancaq rus hərbçiləri Qarabağda ermənilər üçün ev tikir, yol salır, su çəkirlər. Rusiya tərəfi yaxşı bilir ki, müharibədən sonra ermənilər Qarabağda yaşamaq istəmir. Ona görə müxtəlif yardım və təlimlərlə ermənilərin özlərini təhlükəsiz hiss etməsinə, bölgəni tərk etməmələrinə nail olmaq istəyirlər. Ermənisiz Qarabağda ruslara da ehtiyac qalmır. Bununla Cənubi Qafqaza yerləşmək üçün ortaya atdıqları bəhanələr tükənir”.
T.Abbaslı qeyd edib ki, istənilən halda Azərbaycan tərəfi rus sülhməramlılarının qanunsuz və təhlükəli addımlarına səssiz qalmamalıdır:
“Bu cür addımlar intensiv hal alacağı təqdirdə beynəlxalq təşkilatların dəstəyindən istifadə edərək rusların bölgədən çıxmasını tələb etməliyik. Regionda sülhün bərpası, suverenliyimizin təmin olunması rus qoşunlarının Azərbaycanı tərk etməsi ilə birbaşa bağlıdır. 44 günlük savaş nəticəsində “Ermənistan” adlı oyunçunu sıradan çıxartmışıq. Qarşımızdakı əsas qüvvə birbaşa Rusiyadır. İndi çalışmalıyıq ki, Moskvanı Azərbaycandan və bölgədən uzaqlaşdıraq. İlk 5 il tamam olmadan Rusiya sülhməramlıları Qarabağı tərk etməlidir. Regionda sülh və əmin-amanlığın qarşısını alan əsas qüvvə Kremldir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət