Ərdoğan Nyu-Yorkda müsəlman icmalarının üzvləri ilə görüşüb
04:53 20.09.2021
Siyasət
807
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk və müsəlman icmalarının üzvləri ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə, ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli İstiqamətləndirmə Komitəsi TASC-ın təşkilatçılığı ilə baş tutan görüş Nyu-Yorkun Manhetten adasında “Manhattan Center”də baş tutub. Görüşdə Nyu-Yorkda yaşayan Azərbaycan icmasının fəalları da iştirak edib.
Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan COVID-19 pandemiyasının başlanğıcından indiyə kimi Amerikanın müsəlman toplumunun ehtiyacı olanlara kömək üçün apardıqları yardım kampaniyasından bəhs edib, TASC-ın müsəlman icmasının birliyi üçün fəaliyyətin məmnunluğunu ifadə edib.
Prezident Türkiyənin vaksinə ehtiyacı olan ölkələrə verdiyi dəstəkdən bəhs edib: “Türkiyənin hazırladığı vaksini yaxın gələcəkdə bütün dünyanın xidmətinə verəcəyik. Əlimizdəki imkanları insanlıq üçün istifadə edəcəyik".
Ərdoğan Türkiyəni pandemiyadan daha ölümcül olan başqa “virus”la - İslam düşmənçiliyi ilə mübarizə apardığını bildirib. Ölkə başçısı islamofobiyanın uzun illər ərzində dünyanın qabaqcıl ölkələrində geniş vüsət aldığını deyib: "Bu “virus” sosial barışı yerlə yeksan edən xəstəliyə çevrilib. Bir çox ölkələrdə müsəlmanların cəmiyyətlərdən kənarlaşdırılması, ayrı-seçkilik artıq adi hal alıb. Biz dinimizə və müsəlman qardaşlarımıza qarşı olan bütün mənfur əməllərin qarşısındayıq. Mübarizəmizi beynəlxalq platformalarda haqq səsimizi yüksəltməklə davam etdirəyəcik".
ABŞ-da 300 mindən çox türkün yaşadığını deyən ölkə başçısı türk icmasının Birləşmiş Ştatlardakı fəaliyyətinin ikili münasibətlərə birbaşa təsir etdiyini bildirib: "Sizin Türkiyənin Amerikadakı elçiləri olaraq xüsusi vəzifəniz var. Türkiyə ilə ABŞ iki dost və müttəfiqdir. Bəzən fikir ayrılığı yaşasaq da, birlikdə yol aldığımız bir çox sahələr var. İyirmi milyard dollarlıq ikili ticarət dövriyyəmiz mövcuddur və hədəfimiz bunu daha da genişləndirməkdir.
Türkiyəyə qarşı qaralama kampaniyalarının aparıldığını yaxşı bilirsiniz. FETÖ-nün və digər ünsürlərin ölkəmizə qarşı apardığı çirkin əməllərini bu ölkədəki dostlarınıza danışın ki, onlar doğrunu və yalanı ayırd edə bilsinlər. Heç bir yalan həqiqət günəşinin işığında bilməz. FETÖ-nün ölkəmizə qarşı çirkin əməllər içində olanlara birlik və bərabərliklə qalib gələ bilərik”.
Dövlət başçısı sabah açılışını reallaşdıracağı "Türk evi" binasından da bəhs edərək, bu abidənin sadəcə Türkiyənin deyil, bütün müsəlmanların evi olacağını deyib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. O, Baş Assambleyanın 76-cı sessiyasında iştirak edəcək. Türkiyə lideri beynəlxalq təşkilatın iclasının ilk günündə çıxış edəcək.
Vüsalə Abbasova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil