
Ərdoğanın Ermənistana çağırışı...
Yusif Nəzərli
05:28 11.11.2022
Siyasət
410
Fransa və ABŞ-dakı erməni diasporu sülh prosesinə mane olur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erməni diasporu ilə bağlı Ermənistan hakimiyyətinə çağırış edib. Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandıran Ərdoğan vurğulayıb ki, Ermənistanla son olaraq Praqada danışıqlar aparılıb: "Ermənistana açıq və konkret şəkildə dedik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz Ermənistandan bunu gözləyirik. Hazırda bu mərhələyə gəlmişikmi? Bunu deyə bilmərəm”.
Ərdoğan Fransa və ABŞ-dakı erməni diasporunun davamlı olaraq normallaşma prosesinin əleyhinə olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, bu yanaşma normallaşma prosesinə mənfi təsir göstərir. Türkiyə lideri əlavə edib ki, bunun qarşısını ancaq Ermənistan hakimiyyəti ala bilər. Ərdoğan qeyd edib ki, Ermənistanın Laçın və Zəngəzur dəhlizləri ilə bağlı addımları Türkiyənin addımlarına müsbət təsir göstərə bilər.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında deyib ki, Türkiyə prezidentinin mesajı çox önəmlidir. Professor bildirib ki, Ərdoğan növbəti dəfə Azərbaycanın yanında olduğunu vurğulayıb və Ermənistanla yanaşı, Qərbə, Avropaya da mesajlar verib:
"Erməni lobbisi sülh prosesinə mənfi təsir göstərir, gedişata mane olmaq üçün əlindən gələni edir. Erməni diasporasının fəaliyyətinə yön verən Fransa və ABŞ kimi ölkələr, həmin dövlətlərin Ermənistanla bağlı maraqlarıdır. Məhz bu iki dövlət Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasını istəmir. Rəsmi Paris və Vaşinqtonun məqsədi odur ki, Ermənistan rəhbərliyi Rusiya faktorundan tamamilə imtina etsin. Paşinyan bunu edə bilmədiyi üçün çox çətin vəziyyətdə qalıb və sərsəmləməyə başlayıb. Gah deyir ki, Azərbaycan rəhbərliyinin fikirləri guya üst-üstə düşmür. Yaxud bildirir ki, Qarabağdakı qondarma rejim tərəf kimi masada yer almalıdır. Həmçinin, sərhəddə, həmçinin, Qarabağdakı separatçıların ətrafında "neytral", yəni "hərbsizləşmiş zona" yaradılmasından danışır və s. Paşinyanı belə danışmağa təhrik edirlər. Hansı təlimatları alırsa, o cür açıqlamalar verir".
C.Nuriyev vurğulayıb ki, erməni toplumu son iki yüz ildə lobbi və diaspora vasitəsi ilə hərəkət edib:
"Daha doğrusu, bir sıra Qərb ölkələri lobbinin əliylə ermənilərə təsir göstərib, onları yönləndirib. Diaspora öz çirkin təbliğatları üçün dünyanın müxtəlif yerlərində yaşayan ermənilərdən pul toplayır. Bu işə erməni kilsəsi rəhbərlik edir. Ermənilərin dövləti olmadığına görə kilsə "dövlət" statusunda olub və öz ətrafında terrorçu qrupları cəmləyib. Ancaq 44 günlük müharibə erməni kilsəsinin və lobbisinin gedişatına "dur"dedi və böyük zərbə vurdu. Artıq dünyanın bir çox ölkəsində ermənilər lobbinin zorla aldığı "ianəni" ödəməkdən imtina edirlər. Çünki lobbinin "Böyük Ermənistan" mifi darmadağın olub. Ermənilər aldandıqlarını çox gözəl bilirlər".
Analitikə görə, erməni kilsəsi diasporanı yenidən canlandırmaq üçün Paşinyana təzyiq göstərsə də, İrəvan hökuməti də, erməni toplumu da lobbiyə inamını itirib:
"Onları yenidən hansısa nağıla inandırmaq demək olar ki, qeyri-mümkündür. Türkiyə lideri dolayı yolla bunu dilə gətirir və Paşinyana, erməni xalqına çağırış edir. Ermənistan rəhbərliyi və xalqı normal düşünürək, çağırışlara müsbət cavab verərsə, həm rahat və təhlükəsiz həyat yaşayarlar, həm də lobbinin istismarından xilas olarlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya